Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xaçmazda keçirilən işgüzar forumun iştirakçıları torpaq idarəçiliyi ilə bağlı maarifləndiriliblər VİDEO

Xaçmaz, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 12-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xaçmaz şəhərində keçirilən işgüzar forumda yerli icra hakimiyyətinin, bələdiyyələrin, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və KİV əməkdaşları torpaq idarəçiliyi ilə bağlı maarifləndiriliblər.

AZƏRTAC xəbər verir ki, forumda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrdən danışılıb, torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi fərmana uyğun olaraq bir sıra işlər həyata keçirir. Komitə torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili, müasir yanaşmalarla torpaq inzibatçılığının reallaşdırılması, beynəlxalq təcrübədən yararlanaraq torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması istiqamətində ardıcıl tədbirlər görür. Regionlarda keçirilən işgüzar forumların məqsədi də məhz torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində ƏMDK-nın fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Diqqətə çatdırılıb ki, Xaçmaz rayonunun həm kənd təsərrüfatının, həm də turizmin inkişafı baxımından torpaqda səmərəli istifadənin təşkili, torpaqların kateqoriyalarına uyğun dəyərləndirilməsi vacib məsələlərdəndir. Ümumilikdə isə ölkə üzrə bu prosesin həyata keçirilməsi, torpaqların məhsuldarlığının artırılması iqtisadi aktivliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə başçısının sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələlərə toxunulub.

Qeyd edilib ki, kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaq. Aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili əsas şərtlərdəndir. Bununla yanaşı, həmin torpaqların təyinatına uyğun istifadəsi də vacibdir. Xaçmaz rayonunun münbit torpaq potensialının genişliyi nəzərə alınsa, bu zaman kənd təsərrüfatı torpaqlarının səmərəli və təyinatına uyğun istifadəsi ön plana keçir. Belə olan halda rayonda aqrar sahənin inkişafı daha da artırılacaq.

Tədbirdə Komitə nümayəndəsi “Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə torpaq idarəçiliyinin, torpaq bazarının təşkili daha da müasirləşib. Vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi bildirilib, torpaqların təyinatının dəyişdirilməsi qaydaları izah edilib. Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan torpaqlar icarəyə verilə bilməz. Həmçinin torpaq idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub.

Forumda vurğulanıb ki, Xaçmaz rayonun Xəzər dənizi sahilində yerləşən hissəsinin istifadəsində qanunvericilik tələblərinin qorunması ilə bağlı nəzarət tədbirləri görülür. Sahilboyu 20-50 metrlik hissədə olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh tədbirləri tətbiq olunur, cinayət əməlləri aşkar edilmiş müvafiq hal üzrə sənədlər aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilir.

Diqqətə çatdırılıb ki, forumun keçirilməsi Komitənin torpaqla bağlı fəaliyyətinin icrasında səmərəliliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkilində mühüm əhəmiyyət kəsb edir. Belə forumların keçirilməsi müxtəlif istiqamətlərdə əməkdaşlığın reallaşdırılmasına, bu işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır.

Bildirilib ki, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi, vahid torpaq idarəçiliyinin həyata keçirilməsi üçün bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində də iş aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır.

Komitə digər tərəfdən torpaqların düzgün istifadəsini təmin edən, aqrar sahənin inkişafına təkan verən aqroparkların yaradılması istiqamətində də işlər həyata keçirir. Belə ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə səmərəsiz istifadə olunan torpaqların istifadə vəziyyəti təhlil edilərək geri alınır, təyinatı dəyişdirilir.

Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib, zəruri izahatlar verilib.

Komitə tərəfindən belə maarifləndirici işgüzar forumlar Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan, Quba, Zaqatala, Qəbələ, Tovuz, Bərdə, Lənkəran və Biləsuvar rayonlarında da keçirilib. Növbəti tədbir Siyəzən rayonunda təşkil ediləcək.

Xaçmazda keçirilən işgüzar forumun iştirakçıları torpaq idarəçiliyi ilə bağlı maarifləndiriliblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bədii gimnastika üzrə Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası üç bürünc medal qazanıb

ACES-in prezidenti: Bakının 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcəyinə inanıram

Fukuşima AES-in suyunun okeana axıdılmasının 5-ci mərhələsi başlayıb

Türkiyədə 2028-ci ildən bütün vaksinasiya proqramları yerli peyvəndlər hesabına həyata keçiriləcək

Norveç XİN Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsində delimitasiya razılaşmasını alqışlayıb

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Lətif Qəndilov: Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uğurla inkişaf edir

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı” keçirilib

Azərbaycanın 6 gimnastı Avropa çempionatında iştirak edəcək

Türkiyə Prezidenti 12 illik fasilədən sonra İraqa rəsmi səfər edəcək

Hacıqabulda minik avtomobili aşıb, 8 nəfər xəsarət alıb VİDEO

Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb VİDEO

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Zaqatala, Balakən və Qaxda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 15 mərkəzdə aparılıb

Mingəçevir Dövlət Universiteti Ali Təhsil Liderlik Forumunda təmsil olunub

Magistral yollarda görmə məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Şəkidə 64 yaşlı qadın itkin düşüb

Azərbaycan gimnastı Dünya Kubokunda beşinci olub

İsveç portalı Azərbaycanda minatəmizləmə fəaliyyətindən yazıb

Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bakıda yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq

Qubadlıda top mərmiləri aşkar edilib

Qubada atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb

Azərbaycan Cüdo Federasiyasının baş katibi yeni vəzifəyə təyin olunub

Ukrayna-Polşa sərhədində 1700-dən çox yük avtomobili növbə gözləyir

Çin Yerin uzaqdan zondlama peykini orbitə çıxarıb VİDEO

Hərbi Polisin yaranmasının 32-ci ildönümü qeyd edilib VİDEO

Faktiki hava: Naxçıvanda və Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

Dünya Kuboku: Azərbaycan gimnastları final mərhələsində mübarizə aparacaqlar

Türkiyədə narkotik vasitələrin satışında şübhəli bilinən 200-ə yaxın şəxs saxlanılıb

Ceyranbatan su anbarında meyit tapılıb

Kürdə batan qızın meyiti tapılaraq sudan çıxarılıb VİDEO

Bu gün İspaniya La Liqasında “El-Klassiko” baş tutacaq

Hazırda Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb

Yaponiyada iki hərbi helikopterin toqquşması nəticəsində ölən və itkin düşənlər var

ABŞ-da əyləncə gecəsində atışma baş verib, 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukraynaya yardım haqqında qanun layihəsi aprelin 23-də ABŞ Senatında səsverməyə çıxarılacaq

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

Mərakeşdə Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri təqdim edilib

Böyük Britaniyanın müdafiə naziri ABŞ-ın Ukraynaya yardımına münasibət bildirib

Rumıniyada 12 milyon dollar dəyərində oğurlanmış rəsm əsərlərindən biri tapılıb

Bəzi ölümcül bakteriyalar “vampirlər kimi” insan qanı ilə qidalanır

Bu gün DİM ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir

İsveçdə ən çox hansı xəstəliklərə yoluxurlar?

“Kriminal qiraət” filminin 30 illiyi qeyd edilib

Pentaqon: ABŞ Kiyevdəki səfirliyinə əlavə hərbi müşavirlər göndərə bilər

Araşdırma: Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər

Türkiyədə səfərdə olan türkdilli dövlətlərdən bir qrup uşaq böyük sevinclə qarşılanıblar

Fontenbloda “Alfa Romeo” vintaj yarış avtomobilləri hərraca çıxarılır

Londonda keçirilən festivalda Azərbaycan rəqsi nümayiş olunub VİDEO

Federasiya Kuboku: “Mançester Siti” “Çelsi”ni məğlub edərək finala yüksəlib

Dövlət Akademik Filarmoniyasında "Fərəc Qarayevin portreti" layihəsi çərçivəsində konsert proqramı olub

Zelenski: ABŞ Konqresi tarixi gedişatın düzgünlüyünü qorudu

Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək

Gürcü politoloq: Azərbaycanın 4 kəndinin işğaldan azad olunması Prezident İlham Əliyev diplomatiyasının uğurudur

İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB

Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir

Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb

Maliyyə naziri: Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib

Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq

ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib

Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb

Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib

Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO

Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb

Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib

Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib

Vaşinqtonda “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbir keçirilib VİDEO

Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb

“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY

Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO