XAÇMAZIN DAHA BİR KƏNDİNƏ TƏBİİ QAZ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 16 illik fasilədən sonra Xaçmaz rayonunun Həsənqala kəndinə təbii qazın verilişi bərpa olunmuşdur. Həmin gün 260 abonent mavi yanacaqla təmin edilmişdir.
Bu məqsədlə keçirilmiş tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev demişdir ki, kəndlərin qazla təmin olunması meşələrin qırılmasının qarşısını almaqla yanaşı, elektrik enerjisindən qənaətlə istifadəyə də imkan yaradacaqdır.
Ümumiyyətlə, bu ilin son dörd ayı ərzində Xaçmaz rayonunun 10 kəndinə təbii qazın verilişi bərpa olunmuşdur. Rayon qaz istismarı idarəsinin rəisi Azad Yaqubov bildirmişdir ki, yaxın vaxtlarda Həbibkənd, Yenikənd, Sərkərli, Laman, Müşfiq və Bəyoba kəndlərinə də təbii qaz veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]