“XALQ BANK” “AVRO-2008” LOTEREYASININ QALİBLƏRİNİ ELAN ETMİŞDİR
“Xalq Bank”ın baş ofisində bankın müştəriləri arasında “Avro-2008” lotereyası oynanılmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, əsas mükafat - futbol üzrə Avropa çempionatının yarımfinal və final oyunlarına səfərlərdir.
Qaliblər bu maraqlı idman yarışının həlledici oyunlarına tamaşa edə biləcəklər.
“Avro-2008” çempionatının rəsmi sponsoru olan “Adidas” şirkətindən hədiyyə kuponlarının sahibləri də müəyyən edilmişlər.
Xatırladaq ki, “Xalq Bank”ın hər hansı xidmət məntəqəsində depozit, kart və ya cari hesab açmaqla lotereyada iştirak etmək olar. “Xalq Bank”da hesabı olan müştərilər avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirlər.