XALQ CÜMHURİYYƏTİNİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA
AZƏRTAC xəbər verir ki, mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümünə həsr olunmuş elmi sessiya keçirilmişdir.
İnstitutun direktoru, akademik Bəkir Nəbiyev cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixindən danışmış, onun varisi, bu gün inamla addımlayan müstəqil respublikamızın beynəlxalq miqyasda özünəməxsus layiqli yer tutmasında xalqımızın müdrik oğlu, yeni müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamışdır.
Natiq 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yaradıldığını qeyd etmiş, bu dövlətin Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun yaradılması sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir.
Elmi sessiyada “Cümhuriyyət dövrü ədəbiyyatımız” mövzusunda məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]