XALQ CÜMHURİYYƏTİNİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi Ağamusa Axundov Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə açdığı izin, qoyduğu bünövrənin, yaratdığı dəyərlərin sonrakı proseslərə ciddi şəkildə təsir etdiyini vurğulamışdır.
Natiq həmin dövrdə milli dil problemlərinin həllinin qarşıya qoyulan ən ümdə vəzifələrdən biri olduğunu vurğulayaraq, yeni yaranan müstəqil Azərbaycan Demokratik Respublikasının fəaliyyətinin ilk günlərində verilən qərarın məhz dövlət dili haqqında olduğunu, o zaman türk dili adlanan Azərbaycan dilinin 1918-ci il iyunun 27-də dövlət dili elan olunması ilə nəticələndiyini qeyd etmişdir.
Elmi sessiyada filologiya elmləri doktoru Sayalı Sadıqovanın “Azərbaycan Xalq Cümhuriyyətində dil məsələləri”, filologiya elmləri namizədi İlhami Cəfərsoylunun “Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti” mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]