REGİONLAR
Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib VİDEO








Xocalı, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, siqnallar verilib, qəhrəman Vətən övladlarının xatirəsi anılıb.