XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ İŞƏ QƏBUL OLUNMAQ ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir. Müsabiqə haqqında elan əvvəlcədən KİV-lərdə verilmiş və Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində - (www.mfa.gov.az) yerləşdirilmişdir.
Namizədlər sənədlərini oktyabrın 20-dən noyabrın 12-dək Xarici İşlər Nazirliyinə təqdim etmişlər. Müsabiqədə iştirak etmək üçün 412 nəfər qeydiyyatdan keçmişdir.
Test imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilmişdir. Bakıda keçirilmiş imtahanda 363, Naxçıvanda isə 49 namizəd iştirak etmişdir.
İmtahanda namizədlərə 120 sualdan ibarət test tapşırığı təqdim olunmuşdur. Sual kitabçasının birinci hissəsi “Xarici İşlər Nazirliyinin fəaliyyət sahəsi üzrə testlər”, ikinci hissəsi isə “Məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlər” adlanır. Birinci hissə 100, ikinci hissə isə 20 sualdan ibarətdir. Xarici dildən test imtahanı verən namizədlərin imtahanı 3 saat, həmin dildən test imtahanı verməyən namizədlərin imtahanı isə 2 saat 45 dəqiqə fasiləsiz davam etmişdir.
Test imtahanı nəticəsində 96 və daha çox (xarici dildən test imtahanı verməyənlər isə 88 və daha çox), o cümlədən əsas ixtisas üzrə 35 və daha çox bal toplayan namizədlər müsabiqənin 2-ci mərhələsinə buraxılacaqlar.
İmtahanın nəticələri TQDK-nın rəsmi internet səhifəsində (www.tqdk.gov.az) yerləşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]