SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ATƏT-in Bakıdakı nümayəndəliyinin başçısı səfir Piter Burxardı və onun yeni təyin olunmuş müavini Robin Sivordu qəbul etmişdir.
Nazir Vilayət Quliyev Robin Sivordu yeni təyinatı ilə təbrik edərək, ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirmiş, onun Bakıdakı nümayəndəliyinin başçısı Piter Burxardın ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Öz növbəsində Robin Sivord ATƏT ilə Azərbaycan arasındakı əlaqələrin daha intensiv şəkildə davam etdirilməsi üçün öz var qüvvəsini əsirgəməyəcəyini və bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini vurğulamışdır.
Görüş zamanı Vilayət Quliyev və ATƏT nümayəndələri ölkəmizin demokratik proseslərdə fəallığını yüksək qiymətləndirərək, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı avqust ayının 24-də keçirilmiş referendumun demokratik prinsiplərə uyğun keçirilməsini dövlətimizin demokratik dəyərlərə inteqrasiyasının nümunəsi kimi qiymətləndirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.