REGİONLAR
Xarici ölkələrin hərbi attaşeləri qeyri-qanuni erməni silahlı dəstələrinin müharibədən sonra basdırdığı minalanmış sahəyə baxış keçirirlər FOTO
Laçın, 24 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və media nümayəndələri Laçında, Sarıbaba yüksəkliyinin şimal istiqamətində aşkarlanmış və Ermənistan istehsalı olan piyada əleyhinə minaların basdırıldığı əraziyə səfər ediblər. Minalar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən 44 günlük müharibədən sonra basdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina zərərsizləşdirilib.
Hərbi attaşelər mina sahəsi aşkar olunan əraziyə baxış keçirirlər.