İQTİSADİYYAT
Xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən qurumları ilə dörd memorandum imzalanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda keçirilən Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumları ilə təşkilatçılar arasında dörd memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, forumda imzalanan müqavilələr SOCAR Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Dövlət Maliyyəsi və Mühasibatlıq İnstitutu arasında anlaşma memorandumu, Rumıniya Maliyyə Auditorları Palatası ilə Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlıq memorandumu, Monteneqro Mühasiblər və Auditorlar İnstitutu ilə Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlıq memorandumu və Özbəkistan Auditorlar Palatası ilə Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyası arasında dördüncü əməkdaşlıq memorandumu olub.
Memorandumlar ölkələr arasında mühasibatlıq və audit sahəsində əlaqələrin inkişafına yönəldilib.