DÜNYA
Xelvaçauridə çay plantasiyası və meşə sahəsi yanmışdır
Tbilisi, 29 yanvar (AZƏRTAC). Acarıstan Muxtar Respublikası fövqəladə hallar xidməti rəisinin vəzifəsini icra edən Mamuka Turmanidze muxtar respublikanın Xelvaçauri rayonundakı Satexia kəndinin çay plantasiyalarında və yaxın ərazidəki meşə sahəsində yanğın baş verdiyini bildirmişdir.
Onun dediyinə görə, yanğın 3 hektaradək sahəni əhatə etmiş və güclü külək alovun qarşısının alınmasına mane olsa da, yanğınsöndürənlər onun yaxınlıqdakı evlərə keçməsinin qarşısını ala bilmişlər.
M.Turmanidze bunun təxribat olduğunu ehtimal etdiyini bildirmişdir.
Hadisə ilə əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi