Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib VİDEO

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendesiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusunun əhəmiyyətindən danışıb: “Bu, səhiyyə sistemlərinin dayanıqlığını təmin edən ən vacib məsələlərdən biridir. Təəssüf ki, statistikalar hər 10 xəstədən birinin xəstəxanadaxili infeksiyalara yoluxduğunu göstərir. Bu göstərici xüsusilə orta və aşağıgəlirli ölkələrdə daha yüksəkdir və bu, bizi ciddi narahat etməlidir.

Qeyd etmək istərdim ki, xəstəxanadaxili infeksiyalar çox zaman antibiotiklərə davamlı mikroorqanizmlər tərəfindən törədilir. Hazırda dünyada 136 milyondan çox infeksiya növü antibiotiklərə qarşı davamlıdır. Bu, təkcə tibbi deyil, həm də iqtisadi və sosial cəhətdən böyük təhlükə yaradır. Halbuki sözügedən infeksiyaların qarşısının alınması mümkündür”.

C.Məmmədov qeyd edib ki, pandemiya dövrü Mərkəzi Gömrük Hospitalı üçün əsl sınaq olub: “Hospital həmin dövrdə COVID-19 xəstələrinə fasiləsiz tibbi xidmət göstərib. Bu zaman bir daha əmin olduq ki, tibbi avadanlıqların dezinfeksiyası, ətraf mühitin təmizliyinin qorunması və infeksiya nəzarətinin sistemli şəkildə aparılması xəstəxana daxilində yoluxmanın qarşısını almaqda mühüm rol oynayır. Burada laboratoriyaların rolu xüsusilə qeyd olunmalıdır. Dəqiq diaqnostika və effektiv nəzarət tədbirləri olmadan infeksiya zəncirini qırmaq çətindir. Lakin bu sahədə görülən tədbirlər böyük maliyyə vəsaiti tələb edir. Buna görə də xəstəxanadaxili infeksiyalar yalnız tibbi məsələ deyil, eyni zamanda, ictimai səhiyyə mövzusudur”.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov səhiyyə sahəsində qarşıya çıxan problemlərin təkcə elmi müstəvidə deyil, eyni zamanda, praktiki müstəvidə də yanaşma tələb etdiyinə diqqət çəkib: “Tibbin əsas məqsədi insan həyatının qorunmasıdır və bu məqsədə nail olmaq üçün nəzəri biliklər mütləq şəkildə praktikada tətbiq olunmalıdır. Xəstəxanadaxili infeksiyalar məsələsi cəmiyyət üçün olduqca aktualdır. Xəstəxana daxilində infeksiyalara nəzarətin zəif olması, təəssüf ki, bəzən xəstə ölümləri ilə nəticələnə bilər. Halbuki biz sadəcə dezinfeksiya qaydalarına ciddi riayət etməklə bu cür faciələrin qarşısını ala bilərik.

Müasir səhiyyənin imkanları genişlənməkdədir. Artıq ən mürəkkəb cərrahi əməliyyatlar, ağır klinik halların idarə olunması ölkəmizin tibb müəssisələrində müvəffəqiyyətlə həyata keçirilir. Lakin unutmamalıyıq ki, tibbin yüksək texnoloji imkanları belə, əgər əsas gigiyenik və infeksiya nəzarəti qaydaları yerinə yetirilmirsə, istənilən nəticəni təmin edə bilməz”.

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova vurğulayıb ki, tədbirdə müzakirə edilən məsələlər yalnız nəzəri çərçivədə qalmamalı, real praktikada tətbiq olunmalıdır: “Çünki xəstəxanadaxili infeksiyaların qarşısını almaqla biz təkcə xəstələrin deyil, bütövlükdə cəmiyyətin sağlamlığını qoruyuruq. Bu səbəbdən xəstəxanadaxili infeksiyaların qarşısının alınması ilə bağlı məsələnin ciddiliyi, həm ictimaiyyətə, həm də tibb işçilərinə açıq və aydın şəkildə çatdırılmalıdır. Bu, yalnız bir qrupun deyil, bütün cəmiyyətin sağlamlığını qoruyan yanaşmadır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva TƏBİB tərəfindən 2020-ci ildən etibarən xəstəxanalarda infeksiyon nəzarət komitələrinin yaradıldığına diqqət çəkib: “Hər il minlərlə insan sadə profilaktik tədbirlərə əməl edilmədiyi üçün xəstəxana şəraitində infeksiyalara yoluxur. Bu infeksiyalar bəzən ölüm, bəzən isə ciddi fəsadlarla nəticələnir. Ancaq qeyd etməliyik ki, bu, qarşısı alınması mümkün olan bir problemdir. Əsas gigiyena qaydalarına, sterilizasiya və dezinfeksiya prosedurlarına düzgün əməl etməklə, bu infeksiyaların böyük hissəsinin qarşısını almaq mümkündür. Bu, həm xəstələrin həyatını qoruyur, həm də səhiyyə sisteminə düşən əlavə yükü azaldır”.

Daha sonra Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, xəstəxanalarda infeksiyon nəzarətdə xüsusilə laboratoriyaların rolu önəmlidir: “Dəqiq və vaxtında diaqnostika infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Unutmayaq ki, xəstəxanadaxili infeksiyalara nəzarət tibb işçilərinin peşəkarlığı və məsuliyyəti ilə birbaşa bağlıdır. Hər bir səhiyyə əməkdaşı bu məsuliyyəti daşıyır və hər bir xəstə üçün təhlükəsiz mühit yaratmaq lazımdır”.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk “BİOMERİEX – xəstəxanadaxili infeksiyalarla mübarizəni dəstəkləyən əhatəli bir həll yolu - müasir Türkiyə təcrübəsi”, Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova “Naməlum etiologiyalı infeksiyon prosesin gedişində molekulyar-genetik müayinələrin üstünlüyü”, İstanbul Florence Nightingale Xəstəxanasının infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə uzmanı Aslıhan Dəmirəl “Nazokomial virus infeksiyaları və onlarla müasir mübarizə”, Mərkəzi Gömrük Hospitalının İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Səttar Yaqubov “Mərkəzi Gömrük Hospitalında xəstəxanadaxili infeksiyalara nəzarət təcrübəsi” mövzularında çıxışlar ediblər.

Sonda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev tədbirin önəmli töhfələr verəcəyinə əminliyini ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıb: “Bu zirvə görüşü yalnız bilik və təcrübə mübadiləsi baxımından deyil, eyni zamanda, xəstəxanadaxili infeksiyaların idarə olunması sahəsində sistemli yanaşmaların formalaşması üçün mühüm platformadır. Burada səsləndirilən fikirlər, elmi tədqiqatlar və praktiki təcrübələr səhiyyə işçiləri üçün yol xəritəsi rolunu oynaya bilər”.

Baş həkim bildirib ki, belə tədbirlərin davamlı keçirilməsi həm yerli, həm də beynəlxalq təcrübələrin paylaşılması baxımından olduqca vacibdir və nəticə etibarilə bu cür təşəbbüslər ölkəmizdə infeksiya nəzarət sistemlərinin təkmilləşdirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və xəstələrin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək.

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cavanşir Feyziyev: Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə əhəmiyyətli beynəlxalq platformadır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Azərbaycan tarının sehrli gecəsi” Romada

Sudanda silahlıların hücumu nəticəsində 18-dən çox insan qətlə yetirilib

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

Quba Soyqırımı Memorial Kompleksində "Açıq qapı" günü təşkil olunub

Mil-Muğan regionu üzrə 7 mindən çox VI sinif şagirdi monitorinqə cəlb olunub

Gürcüstanda bu il 212 nəfər İİV-ə yoluxub

AAF sürət avtomobillərinin sərgisini təşkil edib

Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub

Əminə Əliyeva dünya çempionu olub

İsveçdə Saami parlamentinə seçkilər keçirilir

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Moqadişoda intiharçının hücumu nəticəsində azı 10 nəfər ölüb, çoxlu sayda yaralılar var

Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO

Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir

Abituriyentlər BANM-in tədris prosesi barədə məlumatlandırılıb

Ömer Bolat: TDT ölkələri ilə iqtisadi əlaqələr Türkiyə üçün əhəmiyyətlidir

Hindistanda binada baş verən yanğın 17 nəfərin ölümünə səbəb olub

Dillər Universitetində "Terrakota ordusu. Çinin ölməz döyüşçüləri" virtual sərgisi təşkil olunub

Naxçıvanda VI siniflər üzrə monitorinq keçirilib

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“İnklüziv harmoniyalar - muzeydə rənglər və səslər” adlı tədbir-sərgi təşkil olunub

“Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik” - Milli Xalça Muzeyinin pərdə arxası

Ombudsman “İnsan hüquqları aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb

Putin: Rusiya ABŞ-ın maraqlarına hörmətlə yanaşır və eyni münasibəti də özünə qarşı gözləyir

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini: Ölkədə rəsmi qeydiyyata alınan İİV-ə yoluxmuş şəxslərin sayı 10 min 324 nəfərdir

Vatikanda Papa XIV Leonun andiçmə mərasimi keçirilir

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək

Milli Kitabxanada “Xalq şairi Rəsul Rza–115” adlı kitab sərgisi açılıb

Suriya hakimiyyəti silahlı qrupların vahid komandanlıq altında birləşdiyini elan edib

Türkiyəli nazir: Zəlzələlər nəticəsində evinin itirmiş vətəndaşların heç biri bu ilin sonunadək mənzilsiz qalmayacaq

Şabranda minik avtomobili yük maşını ilə toqquşub, iki nəfər ölüb

Ukraynaya rekord sayda dronla hücum edilib, ölən və xəsarət alanlar var

Bu xəstəlik cavanlaşır - Respublika QİÇS-lə Mübarizə Mərkəzindən REPORTAJ VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Əziz Əliyev: Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Polşada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

Vüqar Rəhimzadə: Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak Azərbaycanın təşəbbüskar mövqeyini təsdiqləyir

Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb

Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib

Avstriya “Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

ABŞ-da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

İƏİT: Dünyada saxta mal dövriyyəsi 467 milyard dolları ötüb

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

Kreml Putin və Zelenski arasında görüşün mümkünlüyünü istisna etmir

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub

Salyanda “Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Finlandiyada helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub

"Kristal Pelas" Federasiya Kubokunun qalibi olub

Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

Füzulidə “Molla Nəsrəddin” tamaşası nümayiş olunub

Azərbaycan Türkiyənin Qara dəniz bölgəsində keçirilən kitab sərgisində təmsil olunur

Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb

Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib

Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib

Dəmir yollarının “şah damarı”nda VİDEO

Bakıdan Düşənbəyə sənət körpüsü: Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

İrakli Kobaxidze: Regionda həyata keçirilən layihələr Avropa İttifaqı üçün də çox vacibdir

Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfər edib

Papa XIV Leonun andiçmə mərasimində 200-dən çox nümayəndə heyəti iştirak edəcək

Rubio ilə Lavrov arasında telefon danışığı olub

İşğaldan azad olunmuş Ağdam, Ağdərə və Xankəndidəki məktəblərdə ilk dəfə IV siniflərin monitorinqi keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” üçüncü yeri təmin edib

Tramp bazar ertəsi Putinlə danışacaq

Pedaqoji Universitetdə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib

ABŞ-da qasırğa 23 nəfərin ölümünə səbəb olub

Azərbaycan Mərakeşdə 28-ci beynəlxalq “Fəs Sufi Musiqisi Festivalı”nda təmsil olunur

İsmayıl Qarayevin ev-muzeyində “Bir toxunuş, min dəyər” adlı tədbir keçirilib

Bu gün Bakının 551 küçəsi yuyulub

Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından  REPORTAJ VİDEO

Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından REPORTAJ VİDEO

Beynəlxalq Muzeylər Günü çərçivəsində “Cənnət yuxusu” filmi nümayiş olunub VİDEO

Beynəlxalq Muzeylər Günü çərçivəsində “Cənnət yuxusu” filmi nümayiş olunub VİDEO

AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirilir

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3  VİDEO

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3 VİDEO

“Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib

AÜDCC “Bakı Ürək Günləri” çərçivəsində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir

Əhliman Əmiraslanov: Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb VİDEO

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb VİDEO

Bu gün Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur

Xəbərdarlıq: Gələn həftənin ilk günlərində hava şəraiti fasilələrlə yağıntılı olacaq

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib