Xətai rayonunda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binanın yuxarı mərtəbələrində qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafızə Xidmətinin yanğınsöndürmə briqadası tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.