İQTİSADİYYAT
Xəzər Boru Kəməri Konsorsiumu neft ixracını artırıb
Nur-Sultan, 4 sentyabr, AZƏRTAC
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) 2019-cu ilin yanvar-avqust aylarında 41,517 milyon ton neft ixrac edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə (40,205 milyon ton) 3,26 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə ən böyük neft ixracı Tengiz yataqlarından (28,7 milyon ton), Kaşağandan (13,2 milyon ton) və Qaraçağanaqdan (10,3 milyon ton) olub.
Qazaxıstanın ümumi ixrac neftinin üçdə ikisindən çoxu CPC ilə nəql olunur.
Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün yaradılıb. Konsorsium Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən və ümumi uzunluğu 1511 kilometr olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2024 [19:11]
“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb
- 16.09.2024 [17:31]