XƏZƏR DƏNİZ NEFT DONANMASI “QURBAN ABBASOV” GƏMİSİNİN TƏMİRİ ÜÇÜN AÇIQ TENDER ELAN ETMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzər Dəniz Neft Donanması “Qurban Abbasov” gəmisinin təmiri üçün tələb olunan ehtiyat hissələrinin alınması məqsədi ilə açıq tender elan etmişdir.
Tenderdə iştirak etmək istəyənlər Bakı şəhəri, Xocalı prospekti, 13 ünvanında yerləşən Xəzər Dəniz Neft Donanmasının Marketinq şöbəsinə (tel/faks: 490-20-26) müraciət edib tenderdə iştirak haqqını (236 ABŞ dolları və ya ödəniş gününə manatla məzənnəsi) ödədikdən sonra müvafiq sənədləri əldə edə bilərlər.
Avadanlıq və ehtiyat hissələrinin yükalanın ünvanına müqavilə imzalandığı tarixdən 3 aydan gec olmamaq şərti ilə çatdırılması tələb olunur.
Avadanlıq və ehtiyat hissələrinin dəyəri mal göndərildikdən sonra 1 il ərzində hissə-hissə ödəniləcəkdir.
Sənədlər, imzalanmış və möhürlənmiş tender təklifi Xəzər Dəniz Neft Donanmasına 2008-ci il iyulun 8-i saat 11.00-dan gec olmamaq şərti ilə təqdim olunmalıdır. Göstərilən müddətdən gec verilən təkliflər qəbul edilmir.
Tender təklifləri Xəzər Dəniz Neft Donanmasının yuxarıda göstərilən ünvanda yerləşən binasında iyulun 9-da saat 11.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]