XƏZƏR DƏNİZİNDƏ AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN “MERKURİ-2” BƏRƏSİNİN QƏZAYA UĞRAMASI İLƏ ƏLAQƏDAR YARADILMIŞ DÖVLƏT KOMİSSİYASININ 2002-Cİ İL OKTYABRIN 23-Ü SAAT 11-Ə OLAN MƏLUMATI\
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” bərəsinin qəzaya uğraması ilə əlaqədar xilasetmə tədbirləri oktyabrın 22-dən 23-nə keçən gecə fasiləsiz olaraq gəmilərlə davam etdirilmişdir. Bu işlərə Xəzər Dəniz Gəmiçiliyinin, Dövlət Neft Şirkətinin, Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, bp şirkətinin 12 gəmisi cəlb olunmuşdur.
Oktyabrın 23-də səhər saat 7.00-dan “Azərbaycan Hava Yolları” Dövlət Konserninin, Müdafiə Nazirliyinin və bp şirkətinin 7 vertolyotu da axtarışlara qoşulmuşdur.
Oktyabrın 23-də səhərə yaxın oktyabrın 22-də xilas olunanlardan 4 nəfər gəmilərlə sahilə çatdırılaraq xəstəxanalarda yerləşdirilmişlər. Müayinələrin nəticələrinə görə onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Təəssüf hissi ilə bildiririk ki, oktyabrın 23-də saat 11.00-da daha bir nəfərin meyiti tapılmışdır.
Hazırda hadisə yerində 15 gəmi axtarış aparır. Əlavə olaraq hadisə yerinə sualtı işlər aparılması üçün xüsusi avadanlıqla təchiz olunmuş “Neftqaz-64” gəmisi göndərilmişdir.
Qəza baş verən ərazidə neft dağılması müşahidə edilir. Neft ləkəsinin eni təqribən 8, uzunluğu 15 kilometrdir. Neftin yığılması üçün xüsusi avadanlığı olan gəmilər hadisə yerinə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi tədqiqat gəmisi də hadisə yerindədir və ekoloqlar neft dağılması ilə əlaqədar yaranmış vəziyyəti müşahidə edirlər.
Dəqiqləşdirilmiş məlumatlara görə hadisə zamanı gəmidə 50 nəfər olmuşdur. Onlardan 8 nəfəri sərnişin, 42 nəfəri isə gəminin heyət üzvləri olmuşlar. Sərnişinlərdən iki nəfəri Rusiya, 2 nəfəri Qazaxıstan, 4 nəfəri isə Azərbaycan vətəndaşı olmuşdur.
Gəmi-bərədə xam neftlə dolu 15 sistern və yüklə dolu bir vaqon olmuşdur.
Qəza-axtarış işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [20:56]
Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb
- 13.05.2025 [18:56]
DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
- 13.05.2025 [18:19]
Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi satılıb
- 13.05.2025 [16:27]