Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Xəzər dənizinin səviyyəsinin müasir dəyişmələri – TƏHLİL

Bakı, 14 iyun, AZƏRTAC

Flora və faunanın bioloji müxtəlifliyinə görə unikal su obyekti olan Xəzər dənizinin sahilyanı dövlətlərin iqtisadiyyatında rolu danılmazdır. Dənizin sahil zonasında sosial-iqtisadi inkişaf Xəzərin səviyyəsinin çoxillik tərəddüdlərindən əhəmiyyətli dərəcədə asılıdır. Xəzər dənizində suyun səviyyəsinin kəskin düşməsi sahilyanı dövlətlərin müvafiq sektorlarında neft-qaz hasilatına və balıqçılığa ciddi ziyan vurur. Ölkələrarası və ölkədaxili gəmi-bərə nəqliyyatının fəaliyyətində, sərnişin və yük daşıyan gəmilərin platformalara yaxınlaşmasında çətinliklər yaranır. Balıqların yaşama areallarında ciddi pozulmalar qeydə alınır.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının professoru Fərda İmanov bildirib. Professor qeyd edib ki, dənizin səviyyəsində davamiyyəti bir neçə onillik olan qalxma və enmə dövrləri növbələndiyi üçün Xəzərin ekosistemi və sahilyanı ölkələr öz iqtisadiyyatlarını kəskin dəyişən səviyyə rejiminə uyğunlaşdırmaq məcburiyyətindədir.

Alimin sözlərinə görə, Xəzər dənizində səviyyə üzərində instrumental ölçmələr 1840-cı ildən başlayaraq aparılır. Ötən dövr ərzində ən yüksək səviyyə 1882-ci ildə (Baltik Sistemində −25.2 metr), ən aşağı səviyyə isə 1977-ci ildə (−29.0 metr) qeydə alınıb. Səviyyənin tərəddüd amplitudası 3,8 metr təşkil edib.

Professor bildirib ki, XX əsrdə səviyyənin dəyişkənliyinin az olduğu kifayət qədər üzün üç dövr ayırd edilir. Birinci dövrdə (1900−1929) səviyyə, demək olar ki, sabit qalıb və -26.3 metr ətrafında az dəyişib. İkinci dövrdə (1930-1977) səviyyə monoton olaraq düşüb, 1930-1938-ci illərdə azalma 1.75 metr təşkil edib, 1977-ci ildə isə ilk dəfə -29.0 metrə çatıb və bu illərdə dənizin sahəsi 48 min km² kiçilib. Üçüncü dövrdə (1978-1995) səviyyənin kəskin qalxması (2.0 metr) müşahidə edilib.

Fərda İmanov diqqətə çatdırıb ki, XX əsrin axırı, XXI əsrin ilk onilliklərində səviyyə yenidən enməyə başlayıb. 2020-2023-cü illərdə Azərbaycanın Xəzər sektorunda bu azalma 75 santimetr təşkil edib və 2024-cü il yanvarın 1-nə səviyyə Baltik Sistemində -28.7 metr olub.

Çoxillik dövr ərzində səviyyənin dəyişməsinə təsir edən müxtəlif xarakterli amilləri dörd böyük qrupa bölmək olar: kosmogeofiziki qüvvələr, geoloji və geodinamik proseslər, hidrometeoroloji proseslər və antropogen amillər. Səbəb-nəticə əlaqələrinin təhlilinin nəticələrinə görə, Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəyişkənliyi okean (Şimali Atlantik) - atmosfer - quru səthi (Volqa çayının hövzəsi) sistemində irimiqyaslı rütubət mübadiləsinin inteqral göstəricisidir. XX əsrdə səviyyənin dəyişkənliyində Volqa çayı hövzəsində əmələ gələn çay sularının payı təxminən 64 faiz təşkil edib. Dənizə tökülən digər 130-a yaxın çayın, xüsusilə Kür, Ural, Terek və Sulak çaylarının axımı da nəzərə alınarsa, bu rəqəm artaraq 70 faiz təşkil edər. Qalan 30 faiz isə digər amillərin başlıca olaraq, buxarlanmanın təsiri ilə izah olunur. Belə ki, Xəzər regionunda (dəniz və ona bitişik ərazilərdə) havanın orta illik temperaturu 1980–2020-ci illəri əhatə edən dövrdə monoton şəkildə hər il 0.030°C, ümumilikdə isə 1.2°C artıb və buxarlanmanı sürətləndirib.

“Səviyyənin dəyişkənliyinə təsir edən mühüm amillərdən biri də tektonik hərəkətlər nəticəsində dənizin dibinin çökməsidir. Hazırda vaxtilə Xəzər dənizi ilə əlaqəli olmuş Aralıq, Qara və Azov dənizlərinin çalalarının da dibi üçün tektonik enmə səciyyəvidir. Lakin bu dənizlərlə Atlantik okeanı arasında su mübadiləsi mövcud olduğuna görə onlarda səviyyənin aşağı düşməsi hiss edilmir.

Son 30 ilə yaxın bir dövrdə Xəzər dənizində səviyyənin kəskin azalmasının əhəmiyyətli amillərindən biri də 1992-ci ildə Qara-Boğaz-Qol körfəzini dənizdən ayıran bəndin dağıdılmasıdır. Bu səbəbdən hər il böyük həcmdə su kütlələri dənizdən körfəzə daxil olaraq buxarlanmaya sərf olunur. Dənizi körfəzlə birləşdirən boğazın dibinin yüksəkliyi -30.6 metrdir. Belə ehtimal olunur ki, dənizin səviyyəsi azalaraq bu rəqəmə çatdıqda artıq körfəzə axın kəsiləcək və Xəzərdə səviyyə sabitləşəcək.

Xəzərin səviyyəsinin kəskin azalması sahilyanı dövlətlərin dıqqət mərkəzindədir. 2022-ci ilin iyul ayında Bakı şəhərində sahilyanı və xarici ölkələrin ekspertlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə dənizinin səviyyə tərəddüdlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Hazırda qarşıda duran əsas vəzifə səviyyənin dəyişməsinin orta və uzunmüddətli dövr üçün real proqnozuna uyğun adaptasiya tədbirlərinin işlənməsidir. Lakin səviyyənin dəyişməsinin onlarla proqnoz metodunun mövcudluğuna baxmayaraq, hələ də reallığı adekvat əks etdirən metod işlənməyib. Bu, çoxillik səviyyə tərəddüdlərinin mexanizminin tam aydın olmaması ilə izah edilir”, - deyə professor Fərda İmanov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amerikalı ermənipərəst senator Bob Menendez istefa verəcək

13 yaşlı uşaq təsadüfən 1800 illik tarixi əsər tapıb

Bakı Gənclər Mərkəzində əfsanəvi aktrisa Roza Cəlilova ilə görüş keçiriləcək

İspaniyada səfirliklərə partlayıcı yollayan şəxs 18 il azadlıqdan məhrum edilib

Rumıniya quraqlığa görə su istehlakına məhdudiyyətlər tətbiq edir

“Tanrı” gəldi və Bayden geri çəkildi

Çempionlar Liqası: "Fənərbağça" İsveçrədən qələbə ilə qayıdır

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

İsmayıllıda bədbəxt hadisə zamanı rayon sakini ölüb

Türkiyə mətbuatı Şuşada keçirilən Media Forum çərçivəsində COP29 təqdimatı barədə yazıb

Abşeronda qətl hadisəsi baş verib

Vyetnam mətbuatında VNA agentliyinin Şuşada keçirilən İkinci Qlobal Media Forumda iştirakı geniş işıqlandırılıb

Çempionlar Liqası: "Qarabağ" ilk oyunda "Linkoln"u məğlub edib YENİLƏNİB-4

ABŞ Məxfi Xidmətinin direktoru Trampa qarşı sui-qəsdə görə istefa verib

"Panatinaikos" Ergin Atamanla müqavilə müddətini uzadıb

Avropa çempionatı: Azərbaycan basketbol millisi Albaniyanı məğlub edib

Azərbaycanlı tələbə 5 Avropa ölkəsinin mətbuatında Qarabağa dair çıxışlar edib

Federasiya rəhbəri: COP29-a ev sahibliyi Azərbaycanın xoş niyyətinin ifadəsidir

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır

Şirvanda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib VİDEO

MSK-nın Şəkidə keçirdiyi regional seminar-müşavirədə seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub VİDEO

George Haci Rumıniya millisinin baş məşqçisi ola bilər

Çempionlar Liqası: "Linkoln" və "Qarabağ"ın start heyəti bəlli olub

Naxçıvan şəhərində çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminar-müşavirə keçirilib VİDEO

Müsadirə olunmuş 248 kiloqram narkotik vasitə məhv edilib

Dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb

® ABB Sumqayıtda 3-cü filialını açıb!

ADAU-nun tələbə və məzunları AQTİ-nin iş şəraiti ilə tanış olublar

Çin dövlət sirri haqqında qanunun tətbiqi qaydalarını müəyyənləşdirib

Voleybol üzrə Azərbaycan yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb

Heykəllərin cilalanması ilə bağlı reallaşdırılan layihə çərçivəsində tədbir təşkil olunub VİDEO

Saray qəsəbəsində evdən seyf oğurlayanlar yaxalanıblar

UNEC məzunu: Dörd ildə 2 diplom əldə etməyim böyük zəhmətin sonu və uğura aparan yolun başlanğıcı oldu

Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs saxlanılıb

Naxçıvanda MSK tərəfindən seminar-müşavirə keçirilib

Bu ilin 6 ayı ərzində 154 aptekdə həyata keçirilən yoxlamanın nəticələri açıqlanıb

“Reuters”: Makronun siyasi avantürası Paris Olimpiadasına xələl gətirir

Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Ən böyük gənclər festivalı “Yay Fest”in 2-ci düşərgəsi başlayıb

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

İndiyədək Rumıniyaya 9 milyondan çox ukraynalı qaçqın daxil olub

Bioloji preparatların yerli şəraitdə istehsalı texnologiyası üzrə ölkəmizdəki qabaqcıl təcrübənin öyrənilməsi müzakirə edilib

Britaniya hökumətinin Ruandaya deportasiya planı 700 milyon funt sterlinqə başa gəlib

Balballar: Tarixin daş mühafizəçiləri

Emil Əfrasiyab Şuşa sakinləri ilə maraqlı görüş keçirib

“Paris-2024”: Oyunlar öncəsi medal proqnozları açıqlanıb

Etnadakı aktivliyə görə Kataniya aeroportunda uçuşlar dayandırılıb

Azərbaycanın BƏT-lə əməkdaşlığı rəğbətlə qarşılanır

Birinci yarımildə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 350 mindən çox müraciət daxil olub

® “Birbank Biznes”dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə

Balaxanı Əməliyyat Şirkəti Milli Mətbuat Günü münasibətilə tədbir keçirib

Şuşa Forumunda Qərbi Azərbaycan reallığı

Hərbi Prokurorluq hərbçilərlə birlikdə Yevlaxda tədbir keçirib

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şahmat saatı keçirilib

Politoloq: Aİ-nin son addımı Ermənistanda demoqrafik böhranı daha da dərinləşdirəcək

DIRNA layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yay məktəbi keçiriləcək

“Linkoln”un futbolçusu: “Qarabağ”la oyunda bütün gücümüzü göstərməyə hazırıq

Maksim Medvedev: “Qarabağ”ın favorit hesab olunması futbolçuları arxayınlaşdırmır

BMU-da yeni açılan fizika ixtisası son texnologiyalar əsasında tədris ediləcək

Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Texnologiya Universiteti ilə Qranada Universiteti arasında memorandum imzalanıb

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib – SƏRƏNCAM

UNOPS onkoloji xidmətlərin modernləşdirilməsində Özbəkistana yardım edir

İqtisadiyyat nazirinin müavini Oğuzda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası yaradılır – FƏRMAN

ABŞ demokrat seçicilərinin 80 faizindən çoxu Baydenin prezidentlik yarışından imtina etməsini bəyənir

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mərkəzi Bank: Bugünkü hərracda tələb 82 milyon dollar təşkil edib

Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar tətbiq edir

İran Hərbi Dəniz Qüvvələri batmış “Səhənd” esminesinin təmirinə başlayır

Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı film hazırlanır

“Tesla” gələn il insanabənzər robotlardan istifadə etməyə başlayacaq

Cahangir Cahangirov adına Xor Gürcüstanda festivalda birinci yerə layiq görülüb

Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir

Estoniyada yeni hökumətin andiçmə mərasimi keçirilib

Avropa İttifaqı böyük problemlərini kiçik Ermənistan vasitəsilə həll edə bilməyəcək - RƏY

Azərbaycan caz sənətinin əfsanəsi Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb

Altıqat Fransa çempionu üçüncü diviziona düşürülüb

Qoşqar Təhməzli: Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını artırmaqda maraqlıdır

Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb

UEFA Ukrayna klubunu Konfrans Liqasından kənarlaşdırıb

“Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumu keçiriləcək

Xaçmazda qaz sızmasından partlayış olub, yaralılar var VİDEO

Vidadi Rzayev: “Qarabağ” yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq

FHN Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları üçün növbəti təlim keçirib VİDEO

Ekspert: Abituriyentlər qəbul olduqdan sonra imtina edəcəkləri ixtisasları seçməkdən çəkinməlidirlər

Bu ilin birinci yarımilində çıxarış verilən daşınmaz əmlakların 74 faizi bölgələrdə yerləşir

İsrail ordusu Qəzza sektorunu müvəqqəti tərk edə bilər

Hacıqabulda pnevmoniyaya yoluxan körpə ölüb

142 - Çağrı Mərkəzi IVR xidmətinin təkmilləşdirilməsi ilə daha çox vətəndaşa xidmət göstərir

“YAŞAT” ikinci yay məktəbinin ikinci həftəsi davam edir

Paris Olimpiadası sabah futbol və reqbi oyunları ilə start götürəcək

Xırdalanda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub