CƏMİYYƏT
Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib


Bakı, 24 dekabr, AZƏRTAC
“Azərbaycan son 18 ildə” adlı silsilə tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə rayonun Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiyada YAP Xəzər rayon təşkilatının, icra hakimiyyətinin rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində 500 ədəd müxtəlif növ ağac əkilib. Əkilmiş ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.