Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi konfransı işə başlayıb

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı, SOCAR-ın və bp şirkətinin sponsorluğu ilə görkəmli neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunmuş “Xəzər regionunun neft-qazlılığı və geoekoloji” problemləri mövzusunda “Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov akademik Xoşbəxt Yusifzadənin Azərbaycanın neft sənayesində parlaq səhifələr yazmış görkəmli neftçi-geoloq olduğunu söyləyib. Qeyd edib ki, akademik Xoşbəxt Yusifzadə Xəzər dənizindəki axtarış-kəşfiyyat işlərinə uzun illər rəhbərlik edib və onun bilavasitə iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilərək istismara verilib. Həmin yataqların kəşfi və onların karbohidrogen ehtiyatları Azərbaycanın iqtisadi təhlükəsizlik sistemində mühüm əhəmiyyət kəsb edib.

Akademik qeyd edib ki, Xoşbəxt Yusifzadə, eyni zamanda, neft və qaz sənayesinin aktual problemlərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləşdirilməsi sahəsində fundamental araşdırmaların müəllifi kimi tanınıb.

Sonra çıxış edən Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə görkəmli neftçi-geoloq alim Xoşbəxt Yusifzadə ilə bağlı xatirələrini bölüşüb. Diqqətə çatdırıb ki, Xəzər dənizinin dibinə yaxından bələd olan Xoşbəxt Yusifzadə keçmiş SSRİ-nin hökumət başçısı Aleksey Kosıginə Azərbaycanın neft ehtiyatları ilə bağlı məruzə edib, sovet rəhbərliyinin diqqətini bu istiqamətə yönəldə bilib.

Akademik Akif Əlizadə bildirib ki, akademik Xoşbəxt Yusifzadə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında çalışaraq Azərbaycanın neft salnaməsini yazıb, dövlətimizin iqtisadi gücünü artıran “Əsrin müqaviləsi” kimi tarixi sənəd imzalanıb.

O, çıxışının sonunda Xoşbəxt Yusifzadənin həyatının gənc kadrlara bir nümunə olduğunu, yeni nəslin yetişməsi üçün elmlə istehsalatın vəhdətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik Xoşbəxt Yusifzadənin ziyalı adını ucaldan şəxsiyyətlərdən biri olduğunu deyib. Qeyd edib ki, geologiya sahəsində dərin biliyə malik, Xəzər dənizini çox yaxşı tanıyan Xoşbəxt Yusifzadə kompleks araşdırmaları, zəngin dünyagörüşü, kəşfləri ilə Azərbaycan neftinə həyat verib, neft sənayemizin elmi sütununu təşkil edib.

Diqqətə çatdırıb ki, alimin müstəqillik illərində dövlətimizin iqtisadi gücünü artıran “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” kimi iri neft və qaz yataqlarının kəşfi və istehsalında mayak rolunu oynayıb.

AMEA rəhbəri görkəmli alim Xoşbəxt Yusifzadənin istehsalatla yanaşı, həm də peşəkar elmi tədqiqatları ilə Azərbaycan neft elmi məktəbini yaratdığını deyib.

Bundan əlavə, Xoşbəxt Yusifzadənin Azərbaycan humanitar və ictimai elmlərinə töhfə verdiyini, alimin dəstəyi ilə akademiyada “Molla Nəsrəddin lətifələri” kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb.

Sağlığında Xoşbəxt Yusifzadənin adının dövlətimiz tərəfindən əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edən akademik İsa Həbibbəyli 112 nömrəli tam orta məktəbə, Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinə görkəmli neftçi-alimin adının verildiyini deyib.

Konfransda, həmçinin SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Ziyad Səmədzadə, ADNSU-nun rektoru vəzifəsini icra edən Vazeh Əskərov və İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Daşkənd filialından professor Bahşillo Akramov çıxış edərək akademik Xoşbəxt Yusifzadə ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərə və güclü yumor hissinə malik olduğunu, mühüm tədqiqatları ilə Azərbaycanın neft strategiyasını zənginləşdirdiyini bildiriblər.

Çıxışlardan sonra görkəmli neftçi-geoloq alimin həyat və fəaliyyətini əks etdirən videoçarxa baxılıb.

Plenar iclasdan sonra tədbirdə məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans çərçivəsində Neft və Qaz İnstitutu ilə Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti tərəfindən modelləşdirilmə məktəbi təşkil ediləcək. Məktəbdə “Geoloji proseslərin və karbohidrogen sistemlərinin modelləşdirilməsi” adlı təlim kursu keçiriləcək. Konfransda ümumilikdə 80-dən çox məruzə dinləniləcək.

Konfransa dekabrın 5-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

“Əbədi qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

BDU və Buxara Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir

"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Azərbaycan klubu amerikalı basketbolçu transfer edib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

"Kapital Bank" Milli Qəhrəman Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama yayıb

Tariximizin qəhrəmanlıq səhifəsi - 20 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ADAU-da silsilə tədbirlərlə yad edilib

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib VİDEO

İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib

 Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır VİDEO

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib

Elmi Mərkəzi: Cənub-şərq regionunda etnoqrafik, arxeoloji və numizmatik abidələr aşkarlanıb

Nazir: Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur VİDEO

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir VİDEO

Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO

Serdar Ünsal: Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlbetmə müddəti yoxdur

Sabaha olan hava proqnozu açıqlanıb

Akademik: Elmi fəaliyyətin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı” əhəmiyyətli yer tutub

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında memorandum imzalanıb

Oğurluq edən 3 nəfər saxlanılıb

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

20 Yanvar – Xalqın sınaq imtahanı

“İmprotex İndustries”in “Revival” mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib

“Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın yeni hökuməti ilə birlikdə Bəşər Əsədin cinayətlərini araşdıracaq

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabat veriblər

Son illər peşə hazırlığına cəlb olunan issiz və işaxtaranların illik sayı 6 dəfə artıb

20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirib

® “Azercell”in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir

Veteranlar Şəhidlər xiyabanını ziyarət edib

Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir

20 Yanvar hadisəsi sovet imperiyası tərəfindən insanlığa qarşı dövlət səviyyəsində törədilmiş cinayətdir

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

Bakının Xətai rayonunda döyüş sursatları aşkarlanıb VİDEO

Ali Neft Məktəbinin tələbəsi Harvardın təqaüd proqramını qazanıb

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib

İncəsənət təhsili ocaqlarının müəllimləri üçün Yaradıcı Mərkəzin təqdimatı olub

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulur

Azərbaycanın futbol klublarının dünya reytinqində mövqeləri bəlli olub

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın

DİN: 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Azərbaycan şahmatçısı beynəlxalq yarışda çıxış edəcək

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

İmişlidə qətl hadisəsi törədilib

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb

"Barselona"nın futbolçusu zədəsini sağaldıb

Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub

Deputat: 20 Yanvar xalqımızın milli azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib

Avroliqa: "Fənərbağça" doğma meydanda qələbə qazanıb

Deputat: 20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir

Mədəniyyət naziri musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşüb

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir VİDEO

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Serbiyada yeni siyasi hərəkat yaradılır

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO

Misli Premyer Liqasında XIX turun növbəti oyunları keçiriləcək

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Ayxan Dəmirli: Məqsədim ən yüksək nəticəni əldə etmək idi və buna nail oldum

Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb

Kiyevə raket hücumu olub, ölənlər var VİDEO

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər

Agentlik: Bu il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur

Nigeriya BRICS-in tərəfdaş ölkəsi olub

London meri Teylor Sviftin konsert biletlərinə görə araşdırılacaq

Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

Cəbrayıl sakini: Bizə bu xoş günləri yaşadan Prezidentimizə minnətdarıq

Soyuq hava şəraitinə görə Donald Trampın andiçmə mərasimi qapalı yerdə keçiriləcək

Böyük Qayıdış: Cəbrayıl şəhərinə daha 42 ailə yola salınıb VİDEO

Olaf Şolts: Avropa müdafiə hazırlığını gücləndirməlidir

Viktor Orban Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərdə “qızıl dövr”ü gözləyir

İsrailin hərbi kabineti hökumətə Qəzza ilə bağlı razılaşmanın təsdiqini tövsiyə edib

Minskdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Baş nazir İrakli Kobaxidze ilə görüşünü geniş işıqlandırıb

PSJ “Napoli”dən Kvaratsxeliyanı transfer etdiyini açıqlayıb

Bundesliqa: “Borussiya Dortmund” yenə məğlub olub

İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

Gürcü analitik: Prezident İlham Əliyevin bəyanatı iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən qəza baş verib