MƏDƏNİYYƏT
“Xəzərin rəqsi” adlı rəqs müsabiqəsinin Suraxanı rayonu üzrə seçim turu keçiriləcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsinin Suraxanı rayonu üzrə seçim turu keçiriləcək.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd rəqsdə inkişaf etdirmək, rəqs sənətinin qədim ənənələri qoruyub saxlamaq, milli çalarların təfsirinə yeni vüsət vermək, bu sənətin təbliğini genişləndirmək, həmçinin istedadları aşkar etmək, onların peşəkar inkişafının istiqamətləndirməkdir.
Qeyd edək ki, “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi oktyabr-dekabr aylarında keçirilir.