Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xidmət rəisi: Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur

Xidmət rəisi: Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur

Bakı, 8 iyul, AZƏRTAC

Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur. Xəzərdə bütün Yer kürəsində olan göllərdəki suların 45 faizə qədəri toplanıb.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin tərəddüdü tarixən müxtəlif dövrlər üzrə mütəmadi baş verib və hətta müəyyən zamanlarda fəsadlara səbəb olub. Buna əsasən deyə bilərik ki, Xəzər dənizinin səviyyə tərəddüdünün yaranmasında əsasən iqlim və geoloji amillər önəmli rol oynayır.

“Xəzər dənizinin səviyyə tərəddüdünün müşahidələri qədimdən aparılsa da, ilkin olaraq ölçü cihazı ilə sistemli müşahidə işlərinin 1837-ci ildən E.A.Lents tərəfindən Bakı şəhəri ətrafı dəniz sahəsində keçirilməsinə başlanılıb. Həmin sistemli müşahidələrin əsasında belə bir nəticəyə gəlmək olar ki, 1837-ci ildən XX əsrin 30-cu illərinə qədər Xəzərin səviyyəsində kəskin tərəddüdlər müşahidə edilməyib. 1882-ci ildə dənizin maksimal səviyyəsi Baltik sistemi ilə -25.2 metr qeydə alınıb.

Lakin 1929-cu ildən Xəzərin səviyyəsi kəskin düşməyə başlayıb və səviyyənin enmə prosesi 1977-ci ilə qədər davam edib. Həmin dövr ərzində Xəzər dənizinin səviyyəsi təxminən 4 metr enib. Bu da Baltik sistemi ilə -29.05 metrə kimi enmə deməkdir. 1977-ci ildəki səviyyə son dövrlər üçün Xəzər dənizinin ən minimum səviyyəsi hesab edilir.

1978-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi artmağa başlayıb və bu proses 1995-ci ilə qədər davam edib. Bu dövrdə Xəzər dənizinin səviyyəsi təxminən 2.65 metr artaraq Baltik sistemi ilə - 26.40 metr olub. 1995-ci ildən 2010-cu ilə qədər Xəzərin səviyyəsində müəyyən stabilləşmə müşahidə olunub. Bu dövrdə kəskin səviyyə tərəddüdləri qeydə alınmayıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir”, - deyə xidmət rəisi bildirib.

N.Mahmudovun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda hidrometeoroloji müşahidələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan stansiya və məntəqələrdə aparılır. Xəzər dənizinin hidrometeoroloji şəraitinin öyrənilməsi məqsədilə dəniz müşahidə şəbəkəsi stansiya və məntəqələrində suyun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, yağıntının miqdarı məlumatları və digər göstəricilər üzərində mütəmadi müşahidələr aparılır.

“Neft Daşları dəniz hidrometeoroloji stansiyasının müşahidə məlumatlarına əsasən, 2021-ci ildə orta illik səviyyə Baltik sistemi ilə -28.14 metr, 2022-ci ildə -28.42 metr, 2023-cü ildə -28.69 metr qeydə alınıb. 2021-2023-cü illər üzrə orta illik səviyyəni müqayisə etdikdə Xəzər dənizində 55 santimetr azalma qeydə alınıb. Qeyd olunan stansiyanın müşahidə məlumatlarına əsasən, 2024-cü ilin iyun ayında Xəzər dənizinin orta aylıq səviyyəsi Baltik sistemi ilə - 28.67 metr təşkil edib”.

Xidmət rəisi bildirib ki, Xəzər dənizinə Volqa, Kür, Astaraçay, Viləşçay, Qaraçay, Samur, Ural və digərləri də daxil olmaqla, 130-dan çox çay axır. Onlardan Volqa çayı Xəzərə axan ən böyük çay olmaqla, su balansının dənizə səth axınının ümumi həсminin 80 faizini təşkil edir. Yeraltı su axınları da Xəzər dənizinin su balansının bir hissəsini təşkil edir. Lakin yeraltı su axınlarının hansı dərəcədə Xəzər dənizinin səviyyəsinə təsir etməsi barədə alimlər tərəfindən yalnız nəzəri fikirlər irəli sürülür.

“Xəzər dənizində fəsli səviyyə tərəddüdləri su balansının gəlir və çıxar hissələrinin nisbəti ilə müəyyən olunur ki, bu, ərazinin fiziki-coğrafi şəraitindən asılı olaraq dənizin səviyyəsini müxtəlif dərəcədə dəyişdirir. Fəsillərlə bağlı səviyyədə fərq il ərzində 30-40 santimetr intervalında müşahidə oluna bilər. Aparılan müşahidələr əsasında məlum olub ki, il ərzində səviyyənin ən aşağı vəziyyəti adətən dekabr-fevral aylarında müşahidə olunur. Mart-iyul aylarında isə dənizin səviyyəsi qalxmağa başlayır.

Səviyyənin ən yüksək göstəricisi iyun-iyul aylarında qeydə alınır ki, bu da çaylarda yaz gursululuğu ilə əlaqədardır. İyul-avqustda çay axımının azalması və dəniz səthindən buxarlanmanın artması dəniz səviyyəsinin tədricən qış minimumuna qədər (dekabr) azalmasına səbəb olur”, - o bildirib.

N.Mahmudov onu da qeyd edib ki, Xəzər dənizinin uzunmüddətli, yəni 5-10 illik səviyyə tərəddüdü proqnozunu vermək çox mürəkkəbdir. Səbəbi odur ki, dənizin səviyyə tərəddüdləri iqlim elementləri ilə əlaqədardır. Müasir dövrdə dənizin səviyyə proqnozunu 6 aydan çox müddət üzrə vermək çətindir: “Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi (KASPKOM) tərəfindən beş Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Qeyd etmək vacibdir ki, Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə 1994-cü ildə yaradılmış Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi mütəmadi olaraq Xəzəryanı ölkələrin Xəzər dənizinin hidrometeoroloji məlumatlarının mübadiləsi işini və birgə koordinasiyalı fəaliyyətini təşkil edir.

Şübhəsiz son dövrün iqlim dəyişmələrinin, qlobal hava temperaturunun qalxmasının Xəzər dənizinin səviyyə tərəddüdünə təsiri var. Xəzər dənizinin səviyyəsinin kəskin tərəddüdü öz növbəsində bir sıra mənfi fəsadlara gətirib çıxarır. Belə ki, dəniz səviyyəsinin kəskin qalxması ətraf ərazilərin, sahil texniki qurğuların su altında qalmasına, gəmiçiliyin hərəkətinin məhdudlaşmasına, eyni zamanda, bioloji məhsuldarlığın azalması və s. kimi bir sıra ekoloji və sosial-iqtisadi problemlərin yaranmasına, Xəzəryanı ərazilərin iqtisadi strukturunun pozulmasına birbaşa təsir edir. Dənizin səviyyəsi kəskin azalarkən limanlara yaxınlaşmalar, naviqasiya şəraiti çətinləşir, akvatoriyanın hidrometeoroloji rejimində mənfi dəyişikliklər baş verir”.

Xidmət rəisi Xəzər dənizinin səviyyə tərəddüdünün baş verməsi prosesinin tam araşdırılmasının, onun fəlakət səviyyəsinə çatmaması üçün vaxtında tədbirlər görülməsinin önəmini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Milli Assambleyasına yeni sədr seçilib

XİN: Makronun Azərbaycana qarşı qərz nümayiş etdirməsi regionda gərginlik yardır

ŞKTC parlamentinin spikeri: Türkiyə olmasaydı, Xocalıda olanlar Kiprdə də baş verərdi

Ağstafada 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Rəşad Sadıqov: Təəssüflər olsun ki, qırmızı vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi

“Şerif”in baş məşqçisi: Əsas odur ki, Moldovaya qələbə ilə qayıdırıq

“Zirə” penaltilər seriyasında “Şerif”ə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb YENİLƏNİB 8

Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etnocaz konserti

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Almaniyanın Kansleri Olaf Şolts ilə görüşüb YENİLƏNİB VİDEO

“ANAMA”nın icraçı prodüseri: Çəkilişlərdə ən təsirli məqam vaxtilə yurd-yuvalarından didərgin düşən minaaxtaranlarla bağlı oldu

Banqladeşdə işsizliklə əlaqədar keçirilən etiraz aksiyalarında 16 nəfər ölüb

Azərbaycan ilə İsveçrə arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Nadir Mehdiyev: “ANAMA” filmi tamaşaçılara minatəmizləyənlərin həyatına yeni nöqteyi-nəzərdən baxmağa imkan verir

Tayvanda rezin zavodunda güclü yanğın baş verib VİDEO

Avropa Universitet Oyunları: Azərbaycan karateçisi qızıl medal qazanıb

“ANAMA” sənədli filminin təqdimatı keçirilib

Türkiyə Futbol Federasiyasının yeni prezidenti məlum olub

Prezident İlham Əliyev Oksfordda Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib

2020-ci ilin noyabrından bu günə qədər 148 min hektar ərazi minalardan təmizlənib

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənar ərazilərdə baş verib

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Prezident İlham Əliyev: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

Prezident: Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq

Prezident İlham Əliyev: Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

® “Bakcell”dən eksklüziv təkliflə smartfon al

Naxçıvanda ət satışı məntəqələrində yararsız məhsullar aşkar olunub

Çay və lavanda plantasiyasının genişləndirilməsinə 30 min manat güzəştli kredit verilib

Türk Dövlətləri Təşkilatı ölkələri arasında “OTS-Made” məsələlərinə dair iclas keçirilir

Avropa Liqası: “Zirə” və "Şerif" komandalarının start heyətləri açıqlanıb

Trampa qarşı sui-qəsdə cəhd göstərən gənc Britaniya Kral ailəsini də araşdırıb

AZAL Bakı-Düşənbə-Bakı aviabiletlərinin satışına başlayıb

Azərbaycan və Monteneqroda basketbolun inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb

“Din araşdırmaları” jurnalının növbəti nömrəsi oxuculara təqdim edilib

Sumqayıtda sahibsiz iti öldürən şəxs cərimə edilib

Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Mərkəzlə tanışlıq olub

Kukla Teatrı cari mövsümünü uğurla başa vurub

Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA müşahidə missiyasının koordinatoru təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb YENİLƏNİB VİDEO

Mahir Emrelinin Almaniya klubuna keçidinin yubanmasının səbəbi bəlli olub

“Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Şəkidə vətəndaşların müraciətlərini dinləyib

Türkiyədə normadan yüksək olan temperaturun daha da artacağı proqnozlaşdırılır

Banqladeşdə etirazlar davam edir, hakimiyyət mobil interneti kəsib

Xətai rayonunda iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişaf imkanları müzakirə edilib

Paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

UNEC-də çinli tələbələr üçün yay məktəbi təşkil olunub

“Qarabağın incisi – Şuşa” kitab-albomu və “Azadlıq” romanı Bosniya və Herseqovinada təqdim olunub

“Armani” lüks malları və “Dior” brendi ilə bağlı təhqiqat başlanılıb

Mikayıl Müşfiq küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bu il qəbul edilən dövlət standartlarının sayı 2 dəfəyədək artıb

İcraçı direktor: Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq

Beynəlxalq Azadlıq Cəbhəsinin saytı istifadəyə verilib

Bakının mərkəzində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb

Daxili işlər naziri Quba rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Qravitasiya təsiri sayəsində yeni neytron ulduzları tapılıb

“Yuventus” Fransa millisinin futbolçusu ilə yollarını ayırıb

Sosial işçilər üçün UNICEF ilə əməkdaşlıq çərçivəsində təlimlər keçirilir

Zabratda süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

“Sözün Vətəni – Qarabağ” poeziya saatında tanınmış və gənc şairlər şeirlərini oxuyublar

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb YENİLƏNİB VİDEO

Jan-Jakob Bisep: Fransa bəşəriyyətə qarşı cinayətlər üzrə “çempion”dur

Muzeyin yeni ekspozisiyasında qadın təsvirini əks etdirən antropomorf qab təqdim edilir

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb YENİLƏNİB VİDEO

Mikael Forrest: Bu gün Fransa kolonializmindən əziyyət çəkənlər üçün yeni səhifə açılır

Bakıda Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması ilə bağlı Bəyannamə imzalanıb

Ursula Fon der Lyayen müdafiə üzrə yeni komissar təyin edəcək

İtaliya Qəzzaya 60 tondan çox humanitar yardım göndərib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib YENİLƏNİB-2 VİDEO

Sədr müavini: İlin sonunadək daha 5 regionda “KOB Fest”lərin təşkilini planlaşdırırıq

Nitsada yaşayış binasında yanğın: uşaqlar daxil olmaqla 7 nəfər həlak olub

Lefkoşada Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq

Tovuzda oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb

BANM-in tələbəsi ABŞ-da keçirilən simpoziumda iştirak edəcək

Zarina Təhməzova: Əsas məqsədlərimizdən biri Azərbaycanda peşə təhsilinə marağın artırılmasıdır

Ursula Fon der Lyayen yenidən Avropa Komissiyasının Prezidenti seçilib

ANAMA-nın kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Azərbaycanda hotelçilər üçün təlimlərə başlanılıb

AMB: Dünya Bankının “Business Ready” hesabatı ilə bağlı qiymətləndirmələrə başlanacaq

Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib

“Paris-2024”: Azərbaycan cüdoçularının görüşlərinin təqvimi müəyyənləşib

Kir Starmer: Britaniya Avropa İnsan Hüquqları Konvensiyasından heç vaxt çıxmayacaq

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Sorğu: Amerikalıların 70 faizi Baydenin istefa verməsini istəyir

Naxçıvanda seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib VİDEO

Şuşada “Füzuli hücrələri”

Yaponiyanın Honşu adasının şimalında 6,1 bal gücündə zəlzələ olub

Akademik Milli Dram Teatrında “İblis və...” tamaşasına daxili baxış keçirilib

Layihə rəhbəri: Bakıda təşkil olunan aşpazlıq yarışması beynəlxalq arenalara çıxış imkanıdır

Gürcüstanın yeni baş prokuroru müəyyənləşib

Vyetnam Prezidenti müvəqqəti olaraq Kommunist Partiyası rəhbərinin səlahiyyətlərini icra edəcək

Dünya Bankı: Qərbi Balkan ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 34 milyard avro sərmayə qoymalıdır

Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilib  YENİLƏNİB

Daşkənddə Amerika Texnologiya Universiteti açılacaq

Çempionlar Liqası: “Qarabağ”ın səfər oyunu macarıstanlı hakimlərə tapşırılıb

Ramin Məmmədov: Azərbaycan tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atıb

30 ildən sonra nəşi tapılan şəhid Zahid Nağıyev Ağdamda torpağa tapşırılıb VİDEO

Masallıda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar və ağacəkmə aksiyası keçirilib