Xorvatiyanın sabiq baş naziri 6 il müddətinə həbs edilib
Zaqreb, 5 aprel, AZƏRTAC
Xorvatiyanın Ali Məhkəməsi korrupsiyada günahlandırılan sabiq baş nazir İvo Sanaderin həbs müddətini 6 ilədək uzadıb.
AZƏRTAC xəbər verir ki, İ.Sanaderi qərar veriləndən dərhal sonra həbsxanaya aparıblar. 2003-2009-cu illərdə Xorvatiyanın baş naziri olmuş İvo Sanader qərarla razılaşmadığını və günahsız olduğunu deyib. Məhkəməyə təqdim edilən materiallara əsasən, İ.Sanader vəzifədə olduğu zaman hökuməti Zaqrebdə yerləşən bir binanı şişirdilmiş qiymətə almağa məcbur edib. Belə ki, bina üçün ödənilən 10 milyon avronun 2,3 milyonunun sabiq baş nazirin şəxsi hesabına köçürüldüyü iddia olunur. İ.Sanader digər korrupsiya ittihamları üzrə də vaxtaşırı məhkəmə qarşısında cavab verib. Sabiq baş nazir qərarla bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]