X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Xanlar Rüstəm oğlu Vəliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 11 aprel 2025-ci il