Azərbaycan Dövlət İnformasiya Agentliyi

YALAN AYAQ TUTAR, AMMA YERİMƏZ

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəllər məlumat verildiyi kimi, “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilovun 2008-ci il martın 13-də Bakı şəhəri, Ayna Sultanova küçəsi, 523-cü məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən ona bıçaqla xəsarət yetirilməsi barədə ərizəsi üzrə başlanılmış cinayət işi zərərçəkmişin jurnalist olması və hadisənin geniş ictimai rezonans doğurması nəzərə alınaraq, martın 20-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatına verilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, Aqil Xəlilovla əvvəllər intim münasibətdə olmuş qeyri-ənənəvi oriyentasiyalı şəxs Strekalin Sergey Yuryeviç 2008-ci il martın 13-də saat 19:45 radələrində istifadəsində olan Bakı şəhər sakini Rəsulov Eldar Həmid oğlunun idarə etdiyi 10 TO 319 dövlət nömrə nişanlı «Nissan Premera» markalı avtomaşınla Bakı şəhəri, A.Sultanova küçəsi, 523-cü məhəllədəki 16 nömrəli binanın yanında dayanarkən, 2005-ci ilin oktyabr ayından tanıdığı Xəlilov Aqil Əli oğlunun həmin küçədən keçdiyini görüb intiqam almaq niyyəti ilə avtomaşının salonundakı saxlanc yerində saxladığı bıçağı götürərək, maşından düşüb sonuncunu avtomaşına dəvət etmiş, avtomaşının salonunun arxa oturacağında ondan sol tərəfdə oturmuş Aqil Xəlilovun son vaxtlar ona hansısa dostu ilə cinsi əlaqədə olmaq təklifi ilə bağlı çoxsaylı seksual xarakterli mesajlar göndərərək onu digərləri qarşısında ifşa etməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı əlində olan bıçaqla Aqil Xəlilovun döş qəfəsinin sol nahiyəsinə daxilə keçməyən xəsarət yetirməklə həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur.

Narkotik vasitələrdən istifadəyə meyilli və yüngül həyat tərzi keçirən, hadisə baş verən zaman həmin ərazidə olması texniki vasitələrlə müəyyən edilmiş Sergey Strekalin təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmiş, verdiyi ifadələrini Aqil Xəlilovla üzləşmə, həmçinin hal şahidlərinin iştirakı ilə ifadəsi yerində yoxlanılması zamanı bir daha təsdiq etmiş, Aqil Xəlilova xəsarət yetirdiyi maşının dayandığı və bıçağı atdığı yeri, hadisənin necə baş verdiyini təfsilatı ilə göstərmişdir.

Hadisənin Sergey Strekalinə məxsus maşında baş verməsi və sonuncunun hadisə baş verən vaxt qeyd olunan ərazidə olmasını onun sürücüsü Eldar Rəsulov və tanışı Nüsrət Səfərova da öz ifadələrində təsdiq etmişlər.

Kompleks məhkəmə-tibbi, məhkəmə-tibbi kriminalistik, trassoloji və məhkəmə bioloji ekspertizasının 2008-ci il 22 aprel tarixli 57-MTKS nömrəli rəyi ilə Xəlilov Aqil Əli oğlunun bədəninin döş qəfəsinin sol yarısının ön səthində III qabırğa səviyyəsində bir ədəd daxilə keçməyən, deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik deşilmiş-kəsilmiş yara aşkar edilmiş və bu xəsarətin lokallaşdırılmasına, yara kanalının istiqamətinə, eləcə də xəsarət alarkən əynində olmuş paltarların xüsusi müayinəsinə əsaslanaraq, istintaq eksperimenti ilə qiymətləndirməklə, həmin xəsarətin təqsirləndirilən şəxs Strekalin Sergey Yuryeviçin ifadəsində göstərdiyi şəraitdə əmələ gəlməsi müəyyən edilmişdir.

Həmçinin “Azercell” Telekom birgə müəssisəsindən götürülmüş məlumatlarla müəyyən edilmişdir ki, Aqil Xəlilovun istifadə etdiyi mobil telefondan Sergey Strekalinə məxsus 050-681-80-60 nömrəli mobil telefona 2007-ci il fevralın 8-dən başlayaraq ayın 23-dək çoxsaylı telefon zəngləri edilmiş və seksual xarakterli yazılı mesajlar göndərilmişdir.

“Azercell” Telekom BM-dən götürülmüş məlumatlarla müəyyən edilmişdir ki, Sergey Strekalinə göndərilmiş qeyd edilən mesajların bir qismi, konkret olaraq 2008-ci il yanvarın 25-də internet vasitəsilə Webmesaj şəklində 217.64.29.117 İP ünvanından göndərilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, Aqil Xəlilov “Bakinternetə” məxsus 217.64.29.117 İP ünvanından istifadəçisi N.Məmmədov olan, Bakı şəhəri Ə.B.Əliyev küçəsi 40, mənzil 1-də yerləşən 569-34-03 saylı telefon xəttilə ADSL ilə 2008-ci il yanvarın 25-də saat 00:20:58-dən saat 13:16:56-dək qoşularaq internetdən istifadə etmişdir.

Strekalin Sergey Yuryeviçə məxsus “Nokia” E 50 markalı 050 681-80-60 nömrəli “Azercell” Telekom BM-nin xidmət göstərdiyi mobil telefon aparatına baxış keçirilərkən telefonun yaddaşında «Aqil jurnalist» adı ilə 0504848576 nömrəli telefon nömrəsinin olması müəyyən edilmişdir.

İstintaq zamanı Aqil Xəlilov Sergey Strekalinlə tanışlığını etiraf etsə də, qeyri-səmimilik göstərərək həmin gün hadisənin baş verdiyi ərazidə olmasını və ona xəsarət yetirməsini, Sergeylə intim əlaqələrini və bu zaman aralarında hər hansı bir mübahisə və münaqişənin, həmçinin ənənəvi oriyentasiyaya malik olmayan digər kişi cinsinə mənsub şəxslərlə də intim əlaqələrinin olduğunu inkar etmişdir. Lakin buna baxmayaraq, istintaq yolu ilə əldə edilmiş digər sübutlarla onun yalanları ifşa olunmuş, hadisənin bütün detalları və başvermə təfərrüatı dəqiq müəyyənləşdirilmişdir. Onun Sergey Strekalinlə və sonuncunun evində qeyri-ənənəvi oriyentasiyaya malik kişi cinsinə mənsub digər şəxslərlə intim əlaqələri hadisənin məhz bu motivlə baş verdiyini bir daha təsdiq etmişdir.

Şahid Məmmədov Xalis Yavər oğlu da ifadəsində passiv homoseksualist (gey) olduğunu etiraf etməklə Aqil Xəlilovla 2007-ci ilin sentyabr ayında Sergey Strekalinin mənzilində tanış olduğunu, özünün təklifi ilə Aqillə Sergeyin mənzilində gecəni keçirərək qarşılıqlı razılıq əsasında Aqilin aktiv, özünün isə passiv qaydada anal və oral vəziyyətdə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, sonradan Aqil Xəlilovun onu iş yoldaşları vasitəsilə axtardığını və cinsi əlaqədə olmaq üçün kirayə mənzil tutaraq görüşmək barədə təkliflər verdiyini göstərmişdir.

İş üzrə şahid qismində dindirilmiş İsgəndərov Zaur Vaqif oğlu ifadəsində göstərmişdir ki, Raul kimi tanıdığı 484-85-76 nömrəli telefonun sahibi ilə internet klubda «Çat»da əlaqə saxlayarkən tanış olmuşdur. «Çat»da öz mobil telefonunun nömrəsini verdikdən sonra Raul onun mobil telefonuna zəng etmiş və onlar metronun «Sahil» stansiyasının qarşısında görüşmüşlər. Onun şəxsi istifadəsində olan avtomaşında yol boyu Raul ondan neçə yaşından cinsi əlaqədə olması ilə maraqlanmış, maşından düşəndən sonra Raul zəng edib, onu bəyənib-bəyənməməsini soruşmuşdur. Sonradan telefonla əlaqə saxlamış və bir-birinə seksual xarakterli mesajlar göndərmişlər. Raul onunla söhbətində biseksual, yəni həm aktiv və də passiv formada cinsi əlaqədə olduğunu bildirmişdir.

Zaur İsgəndərov tanınma zamanı Aqil Xəlilovu tanıyaraq həmin şəxsin onunla Raul adı ilə tanış olduğunu göstərmişdir.

«Azercell Telekom» BM-dən götürülmüş 2008-ci il 17 aprel tarixli 6227 saylı məlumatdan görünür ki, 50 484 85 76 nömrəli telefon 2007-ci il yanvarın 13-də ünvanı Kürdəmir rayonu Dəyirmanlı kəndi olan Xəlilov Aqil Əli oğlu tərəfindən alınmışdır.

İş üzrə şahid qismində dindirilmiş Cavadov Natiq Abdulla oğlu ifadəsində göstərmişdir ki, 2007-ci ilin avqust ayında bir nəfər şəxs onun mobil telefonuna zəng edib özünü Aqil kimi təqdim etmiş, telefon nömrəsini tanışı Sergey Strekalinin verdiyini bildirərək onunla tanış olub görüşmək istədiyini demiş, Aqili tanımadığı üçün onunla görüşmək istəməmişdir. Bundan təxminən 4-5 gün sonra, saat 20-21 radələrində Aqil yenidən zəng edərək onunla görüşüb sekslə məşğul olmaq istədiyini bildirmiş, bundan imtina etdikdə Aqil ona telefon vasitəsilə sekslə məşğul olmağı təklif etmiş, lakin buna razılıq verməyib Aqili işlədiyi salona dəvət etmişdir. Aqil salona gəlməmiş, təxminən 1-2 gündən sonra yenidən zəng etmiş, bu zaman Aqilə cinsi əlaqə zamanı «aktiv», həmçinin «passiv» olmalı olduğunu bildirmişdir. Amma Aqil razılaşmamış, yalnız «aktiv» rolunda olmaq istədiyini bildirmiş, ona görə də söhbətləri alınmamışdır.

Bundan başqa, Strekalin Sergey Yuryeviçin 2008-ci il martın 13-də Xəlilov Aqil Əli oğlunun xəsarət aldığı ünvanda, yəni hadisə yerində olması «Azercell» Telekom BM-dən götürülmüş texniki göstəricilərlə də təsdiq olunmuşdur.

Törətdiyi cinayət əməllərinə görə Sergey Strekalin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlamağa görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası CM-in 127.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Beləliklə də, istintaq zamanı toplanmış çoxsaylı təkzibedilməz sübutlarla hadisənin Aqil Xəlilovun jurnalist kimi peşə fəaliyyəti ilə deyil, onun əxlaq normalarına sığmayan hərəkətləri nəticəsində qeyri-ənənəvi oriyentasiyaya malik şəxslərlə ünsiyyətindən irəli gələn münasibətlər zəminində intiqam almaq niyyəti ilə baş verməsi müəyyən edilmişdir.

2008-ci il fevralın 22-də «Zeytun bağı» adlanan ərazidə Aqil Xəlilovun naməlum şəxslər tərəfindən döyülməsi faktı üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 2008-ci il 7 mart tarixli qərar əsassız olduğu ücün Bakı Şəhər Prokurorluğu tərəfindən 2008-ci il martın 14-də ləğv edilmiş, toplanılmış material Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə istintaq edilən 18823 nömrəli cinayət işinə birləşdirilməklə istintaq yolu ilə yoxlanılması üçün göndərilmişdir.

İstintaq zamanı Aqil Xəlilovla əlaqədar «Zeytun bağı» adlanan ərazidə baş vermiş hadisənin şahidi olmuş Bakı şəhəri, Binəqədi rayonu 246 nömrəli orta məktəbin şagirdləri - Rəcəbov Ramin Asim oğlu, Hüseynov Sabir Namiq oğlu, Xəlilov Elvin Oqtay oğlu müəyyən edilərək dindirilmişlər.

Sabir Hüseynov ifadəsində göstərmişdir ki, 2008-ci il fevralın 22-də “Zeytun bağı” adlanan ərazidə həmyaşıdları Elvin və Raminlə birlikdə futbol oynadıqdan sonra oturub dincələrkən saat təxminən 17:00 radələrində bir nəfər cavan oğlan əlindəki fotoaparatla onların yanından keçən iki nəfərin fotoşəklini çəkdikdən sonra, onlardan biri ondan nə üçün fotoşəkilərini çəkdiyini soruşaraq fotoaparatı istəmişdir. Aqil fotoaparatı verməmiş və onu gödəkcəsinin altında gizlətmişdir. Həmin şəxs yenidən fotoaparatı ondan istəyən zaman o arxaya çəkilərkən yerə yıxılmış və yıxılan zaman bərkdən qışqırmağa başlamışdır. Həmin şəxslər Aqili yerdən qaldırıb yenidən fotoaparatı istəyərkən o, razılaşmış, lakin ayağa qalxan kimi özünü agacların arasına verərək qaçmışdır. Aqil Xəlilovun döyülməsini, həmin şəxslərdən kiminsə onu vurduğunu görməmişdir.

Xəlilov Elvin Oqtay oğlu və Rəcəbov Ramin Asim oğlu da Aqil Xəlilovun döyülməsini görmədiklərini, onun sifətində, bədənində və ya digər yerlərində döyülməsi ilə bağlı hər hansı bir iz və ya xəsarət olmadığını göstərmişlər.

İş üzrə şahid qismində dindirilmiş Allahverdiyev Dağıbəyi İsa oğlu və Çovdarov Akif Teymurxan oğlu ifadələrində göstərmişlər ki, 2008-ci il fevralın 22-də təxminən saat 17 radələrində Binəqədi rayonu ərazisindəki «Zeytun bağı»nın yanından keçərkən tanımadıqları şəxsin onların fotoşəklini çəkdiyini görüb, səbəbini soruşmuş, lakin sonuncu yalandan guya onların deyil, ağacların şəkilini çəkdiyini bildirmiş, işlərinin xüsusiyyətinə görə şəkillərinin çəkilməsini məqbul saymadıqları üçün fotoaparatı sonradan adını bildiyi Aqildən almaq istəyərkən o, büdrəyərək arxası üstə yıxılmış və qışqırmağa başlamışdır. Onlar göstərmişlər ki, Aqil Xəlilovu döyməmişlər.

İş üzrə təyin olunmuş məhkəmə tibb ekspertizasının 2008-ci il 19 mart tarixli 57/TM nömrəli rəyinə əsasən A.Ə.Xəlilovun 2008-ci il martın 18-də məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır.

2008-ci il fevralın 22-də «Zeytun bağı» adlanan ərazidə baş vermiş hadisə üzrə Xəlilov Aqil Əli oğlunun döyülməsi istintaq materialları ilə öz təsdiqini tapmadığından həmin fakt üzrə cinayət təqibinə xitam verilmişdir.

İstintaq zamanı Aqil Xəlilovun 2008-ci il mayın 7-də saat 16-17 radələrində metronun “28 May” stansiyasında ona sui-qəsd edilməsi və oğurlanmasına cəhd eilməsi ilə bağlı göstərdiyi xüsusatlar istintaq sənədləri ilə sübuta yetməmişdir.

Belə ki, müəyyən edilmişdir ki, qeyd edilən müddətdə Aqil Xəlilov ümumiyyətlə metronun həmin stansiyasında olmamış, göstərilən tarixdə yalnız saat 20-50-də metroya “Elmlər Akademiyası” stansiyasından daxıl olmaqla, saat 21:10-da “28 May” stansiyasından çıxmışdır.

Həmçinin Aqil Xəlilovun Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan cinayət işi üzrə ona və ailə üzvlərinə mənəvi və fiziki təzyiqlər göstərilməsi, işgəncə verilməsi, istintaq hərəkətləri aparılarkən qanunvericiliyin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuroruna müraciəti üzrə aparılan yoxlama başa çatdırılmışdır.

Yoxlama zamanı izahatları alınmış Aqil Xəlilovun valideynləri Xuraman Xəlilova və Əli Xəlilov, həmçinin qardaşı Kamil Xəlilov 2008-ci il aprelin 3-4-də müstəntiqlər tərəfindən aparılan istintaq hərəkətlərinin qanuna müvafiq qaydada həyata keçirildiyini, onlara və Aqil Xəlilova heç bir təzyiqin göstərilmədiyini və sonuncuya hər hansı bir bədən xəsarətinin yetirilmədiyini qeyd etmişlər. Cinayət prosesinin digər iştirakçıları, o cümlədən Aqil Xəlilovun nümayəndəsi Elçin Sadıqov da onun cinayət işi üzrə sərbəst ifadələr verdiyini göstərərək, həmin vaxt Aqilin döyülmədiyini, ona qarşı hər hansı bir digər təzyiq, təhqir və ya şantajların edilmədiyini bildirmiş, onunla aparılmış istintaq hərəkətlərinin videoçəkilişlərinə baxış keçirilərkən də həmin hallar müəyyən edilməmişdir.

Aqil Xəlilovun Baş Prokurorluğa verdiyi ərizəsinin yoxlanılması ilə əlaqədar o, məhkəmə-tibbi ekspertizası müayinəsinə təqdim edilmiş və məhkəmə-tibbi müayinəsi aktı ilə onun bədəni üzərində ərizəsində və izahatında göstərdiyi şəraitdə yetirilməyə xas olan heç bir xəsarət aşkar olunmamışdır.

Beləliklə də, yoxlama zamanı Aqil Xəlilovun işgəncəyə məruz qalması, ona və ailə üzvlərinə təzyiqlər göstərilməsi və digər qanunsuz hərəkətlər edilməsi, istintaq hərəkətləri aparılarkən cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması faktları təsdiq olunmamış, cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

Təqsirləndirilən şəxs Strekalin Sergey Yuryeviçin Azərbaycan Respublikası CM-in 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə ittiham olunmalarına dair olan cinayət işi ayrılaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Cinayət işinin təqsirləndirilən şəxslər Allahverdiyev Natiq İsa oğlu və qeyrilərinin Azərbaycan Respublikası CM-in 320.1-ci (hüquq verən rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə ittiham olunmalarına dair olan hissəsi üzrə ibtidai araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq