İQTİSADİYYAT
Yanvar-iyul aylarında Azərbaycanın sənaye sahələrində 20,3 milyard manat məbləğində məhsul istehsal olunmuşdur
Bakı, 12 avqust (AZƏRTAC). Cari ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye sahələrində 20,3 milyard manat məbləğində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qeyri-neft sektorunda 7,3 faiz artım, neft sektorunda 4,7 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 76,8 faizi mədənçıxarma, 17,9 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir.
Yeddi ayda neft hasilatı 25,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 10,3 milyard kubmetr təşkil etmiş, qida, toxuculuq, geyim, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, mebel, maşın və elektrik avadanlığının, elektrik enerjisinin və s. istehsalında daha çox artım əldə olunmuşdur.