Yanvar-noyabr aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub


Bakı, 30 noyabr, AZƏRTAC
Yanvar-noyabr aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, cari ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (187,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (184,7 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (140,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (37 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (27 milyon ABŞ dolları) ikinci və karbamid (23,6 milyon ABŞ dolları) üçüncü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [20:18]
Azərbaycan “Dubai FinTech Summit 2025” tədbirində təmsil olunub
- 14.05.2025 [19:37]