YAP-DA ABŞ MDİ-NİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 26-da Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın mərkəzi qərargahında ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya üzrə yeni təyin olunmuş proqram direktoru xanım Lora Cuid və institutun ölkə üzrə direktoru İen Vudvard ilə görüşmüşdür.
YAP sədrinin müavini Milli Demokratiya İnstitutu ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. Qonaqlara YAP haqqında məlumat verilmiş, partiyanın parlamentdə səs çoxluğuna malik olduğu bildirilmişdir. Qarşıdan gələn prezident seçkilərinə partiyanın hazırlıq işləri barədə də qonaqlara məlumat verilmişdir.
Xanım Lora Cuid YAP ilə əməkdaşlığın əhəmiyyətini və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə Yeni Azərbaycan Partiyasının MDİ ilə həyata keçirdiyi birgə layihələrin perspektivindən bəhs edilmiş, institutun regionlarda seçkiyə hazırlıq və müşahidəçilərin maarifləndirilməsi istiqamətində keçirəcəyi seminar və treninqlər haqqında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]