SİYASƏT
YAP MİNGƏÇEVİR ŞƏHƏR TƏŞKİLATI ÜÇÜN YENİ BİNA TİKİLİR
Mingəçevir, 6 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının qərargahı üçün yeni inzibati binanın tikintisinə başlanılmışdır. Binanın təməlqoyma mərasimində partiya fəalları, idarə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, 4.500-dən çox üzvü olan YAP Mingəçevir şəhər təşkilatı ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda uğurla iştirak etmiş, yüksək nəticələr qazanmışdır.
Şəhərin 20 Yanvar küçəsində müasir üslubda inşa ediləcək yeni binanın ümumi sahəsi 200 kvadratmetr olacaqdır. İki mərtəbəli bu binada partiyanın şəhər təşkilatının 6 iş otağı və bir iclas zalı yerləşəcəkdir. Otaqlar və müasir kommunikasiya texnologiyaları ilə təchiz olunacaqdır.