Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

YAP Pirallahı rayon təşkilatında Milli Qurtuluş Günü ilə əlaqədar videokonfrans formatında tədbir keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçən tədbiri açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında qeyd edib ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanıb, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulub. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Çünki ümummilli lider Heydər Əliyev 1993-cü il 15 iyun tarixində Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan danışmaq olmazdı.

“Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" tezisi hər bir dövr üçün öz aktuallığını qorumaqla birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir. Bu baxımdan Azərbaycanın müasir tarixinin iki önəmli hadisəsindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xüsusi vurğulanmalıdır", - deyə Hikmət Şikarov vurğulayıb.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü İsmayıl Əliyev çıxış edərək qeyd edib ki, Azərbaycanın tarixində elə günlər var ki, həmin günlər xalqımızın gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcların əsasını qoyub. Tarixi hadisələrlə zəngin belə günlərdən biri 15 iyun 1993-cü il tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə, sadəcə, bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Vətənini, xalqını sevən, ö dövrün çətin, ağrılı günlərinin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün Milli Qurtuluş Günü çox dəyərli və əzizdir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov çıxışında vurğulayıb ki, milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycan nüfuzu günbəgün artır. Ötən 27 ildə siyasi, iqtisadi, sosial sahələrdə əldə etdiyi yüksək nailiyyətlərin, dövlətçilik prinsiplərinin demokratik əsaslar üzrə inkişaf etdirilməsi ilə Azərbaycan öz varlığını bütün dünyaya təsdiq edib.

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov çıxışında qeyd edib ki, Ümummilli Liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verib və dahi şəxsiyyətin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradılıb: "Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki, ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı. Belə çətin məqamda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu".

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 186 №-li orta məktəb ilk partiya təşkilatı sədrinin müavini Həcər Ramazanova da çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı mühüm roldan, tarix və dövlət qarşısındakı xidmətlərindən söhbət açıb.

Tədbirin sonunda YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü İsmayıl Əliyev toplantı iştirakçılarını bütün dünyanı lərzəyə salan pandemiya ilə mübarizədə xalqımızın sağlamlığı naminə ölkə başçısının verdiyi qərar və tapşırıqlara məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana səfərə gəlib

QMİ sədri: Dünyada baş verən müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

12 noyabr - Konstitusiya Günüdür

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək

Təcili müdaxilə ilə ürək dayanması zamanı sağqalma şansı artırıla bilər - ARAŞDIRMA

Ruanda Prezidenti Azərbaycanda səfərdədir

Ukraynada Şuşa şəhərinin Ukrayna-Azərbaycan əlaqələrinin inkişafındakı roluna dair tədbir keçirilib

Moldovanın ətraf mühit naziri: COP29-dan əsas gözləntimiz maliyyə resurslarını səfərbər etmək üçün səylərin artırılmasıdır MÜSAHİBƏ

Çin Xalq Respublikasının Baş nazirinin müavininin Azərbaycana səfəri başlayıb

Maldiv Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

AZƏRTAC-ın əməkdaşı Gürcüstan televiziyasında COP29-un əhəmiyyəti barədə danışıb

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanda səfərdədir

XİN: Britaniya COP29-da iddialı iqlim hədəfləri üçün səy göstərəcək

Hər on isveçlidən altısı hökumətin iqlim siyasətini tənqid edir SORĞU

Sudanın Suverenlik Şurasının sədrinin Azərbaycana səfəri başlayıb

Oryol şəhərində “Turgenevlə Şərqə qeyri-adi səyahət” adlı fotosərgi açılıb

Serbiyanın “RTS” kanalı COP29-un ilk gününü geniş işıqlandırıb

Britaniyanın enerji naziri: İqlim dəyişikliyi ilə mübarizə milli təhlükəsizlik məsələsidir

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Azərbaycana səfərə gəlib

Küveyt Dövlətinin Vəliəhdi Azərbaycana səfərə gəlib

Polşanın Prezidentinin Azərbaycana səfəri başlayıb

Mavritaniya İslam Respublikasının Prezidenti Azərbaycanda səfərdədir

Moldova Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

Avropa Şurası Baş katibinin Azərbaycana səfəri başlayıb

Portuqaliya millisinin sabiq hücumçusu İran klubundan ayrılıb

COP29-un açılış günündə dayanıqlılıq mövzusunda tədbir keçirilib

İspaniya Krallığı Hökumətinin sədri Azərbaycanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycanda səfərdədir

Danimarkanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

Pakistanın Baş naziri Azərbaycanda səfərdədir

Misirin Baş naziri iqlim sammitində iştirak etmək üçün Azərbaycanda səfərdədir

Keniyanın Baş naziri: "ASAN xidmət" təcrübəsinin Keniyaya ixracı ilə bağlı Anlaşma Memorandumunun imzalanması işlərinə başlaya bilərik

Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib

Kipr Respublikası Prezidentinin Azərbaycana səfəri başlayıb

Birləşmiş Krallığın Baş naziri Azərbaycana səfərə gəlib

Efiopiya Prezidenti: "ASAN xidmət"in fəaliyyətindən öyrənilməli çox məsələ var

Almaniya XİN: Federal hökumət COP29-da iqlim maliyyələşməsi ilə bağlı yeni yanaşmanın formalaşdırılması üçün çalışacaq

Şimali Makedoniyanın Prezidenti Heydər Əliyev Mərkəzində olub

Özbəkistan Prezidenti iqlim sammitində iştirak etmək üçün Azərbaycana gəlib

Esvatininin Baş naziri Azərbaycanda səfərdədir

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri başlayıb

Qırğız Respublikasının Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib

Liberiyanın vitse-prezidenti Azərbaycana səfərə gəlib

Baş nazir UNICEF-in icraçı direktoru ilə görüşüb

Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-da iştirak edəcək

Zəfər günü Estoniyada qeyd olunub

BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans təşkil edib

Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib

Avropa Liqası: “Beşiktaş” – “Makkabi” oyunu Macarıstanda keçiriləcək

San-Tome və Prinsipi Demokratik Respublikası ilə iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

Bosniya və Herseqovinanın birinci xanımı: Azərbaycana və Ədəbiyyat Muzeyinə yenidən qayıtmaq istərdim

Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə olunub

Toqo Respublikasının Prezidenti Azərbaycanda səfərdədir

Aleksandar Vuçiç: Serbiyada Azərbaycanla birgə qaz elektrik stansiyası tikmək niyyətindəyik

Baş nazir Əli Əsədov Butanın Baş naziri ilə görüşüb

COP29 çərçivəsində “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi keçiriləcək

FIFA-nın prezidenti COP29-da iştirak edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Gürcüstanın informasiya portallarında COP29 barədə silsilə materiallar dərc edilib

BAMF-in prezidenti: Qlobal iqlim böhranının qarşısının alınmasında QHT-lərin rolu vacibdir VİDEO

Dövlət və hökumət başçıları “ASAN xidmət” ilə tanış olublar

Baş direktor: Azərbaycan yaşıl enerji zonalarının inkişafı istiqamətində unikal imkan qarşısındadır – MÜSAHİBƏ

Britaniyanın gənclərdən ibarət nümayəndə heyətinin üzvü COP29 çərçivəsində təqdimatla çıxış edib

İordaniya Krallığının vəliəhdi Azərbaycana səfərə gəlib

® “Azercell” və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

Dünya Bankının prezidenti Azərbaycana səfərə gəlib YENİLƏNİB

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri COP29-da iştirak edəcək

Macarıstanın Baş naziri Azərbaycanda səfərdədir

AYİB nümayəndəsi: COP29-un əsas vəzifəsi iqlim maliyyələşməsi üçün çərçivənin razılaşdırılmasıdır

“The European House - Ambrosetti” şirkətinin ortaq tərəfdaşı Azərbaycana səfərə gəlib YENİLƏNİB

Braziliya vitse-prezidentinin Azərbaycana səfəri başlayıb

Energetika naziri Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə görüşlər keçirib

İraq Kürdüstan Regionunun Başçısı Azərbaycanda səfərdədir

bp şirkətinin baş icraçı direktoru Azərbaycana səfərə gəlib

COP29 çərçivəsində “Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

“Extreme Hangout” Bakıda COP29 çərçivəsində musiqili proqram təşkil edib

Aleksandr Pavloviç: Azərbaycan iqlim təşəbbüslərinə rəhbərlik etmək üçün mühüm rol oynayacaq

Efiopiya Prezidenti: Əminəm ki, Azərbaycanda keçirilən COP29-un qlobal iqlim təhlükəsizliyini təmin etmək baxımından çox mühüm nəticələri olacaq

Ramil İsgəndərli: COP29-da QHT-lər üçün geniş platforma yaradılıb VİDEO

Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb YENİLƏNİB VİDEO

Con Podesta: COP Sədrliyi ilə müxtəlif mövzular ətrafında fəal şəkildə işləmişik VİDEO

Almaniya klubu baş məşqçi ilə yollarını ayırıb

® COP29 Mavi Zonada çay təminatçı "Azerçay"dır

Prezident İlham Əliyev Belarus Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Leyla Əliyeva Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi layihəsinin təqdimatında iştirak edib

Liberiyalı nümayəndə: Ümid edirik ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti ayrılar

Albaniyanın Baş naziri iqlim sammitində iştirak məqsədilə Azərbaycana gəlib

COP29 çərçivəsində seminar: Donald Trampın qələbəsinin iqlim siyasəti üçün nəticələri

Azərbaycan millisinin sabiq futbolçusu “Səbail”in baş məşqçisi təyin olunub - RƏSMİ

Bolqarıstan Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Murat Kurum: COP29 konfransında Azərbaycanın ən güclü dəstəkçisi olaraq buradayıq VİDEO

Dünya Meteorologiya Təşkilatının Konqo üzrə rəsmisi: COP29-da konkret nəticələrin əldə olunacağına ümid edirəm

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanda səfərdədir

COP29 çərçivəsində “İqlim sağlamlığı böhranı: Çirklənmə orqanizmimizə və gələcəyimizə necə təsir edir” mövzusunda vorkşop təşkil olunub

Vətən müharibəsi şəhidinin taekvondoçu qızı Avropa çempionu olub

Aleksandar Vuçiç: COP29 iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq üçün unikal imkan təqdim edir

Türkiyəli nazir: Ağacların əkilməsi iqlim dəyişikliyi ilə mübarizəyə real töhfənin nümunəsidir