DÜNYA
Yaponiya “5G” rabitəsindən istifadə edən ilk ölkə olacaq
Bakı, 18 avqust (AZƏRTAC). Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri 2020-ci ilədək “5G” rabitə standartını hazırlamaq və istifadəyə vermək niyyətindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu yeniliyin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində tətbiqi nəzərdə tutur. Bildirilir ki, elmi işlərə çəkiləcək bütün xərclər 2015-ci ilin maliyyə büdcəsinə daxil ediləcək.
Cari ilin sonunadək bu məqsədlə hər iki nazirliyin, həmçinin ölkənin aparıcı telekommunikasiya şirkətlərinin, mobil operatorların və elektronika istehsalçılarının nümayəndələrindən ibarət xüsusi şuranın yaradılması planlaşdırılır.