Yaponiya ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi rüsumların ləğvinə çalışacaq
Tokio, 24 mart, AZƏRTAC
Yaponiya hökuməti bu ölkənin adının ABŞ-ın polad və alüminium üçün yeni rüsumların tətbiqi siyahısından çıxarılmasına çalışacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 23-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko məlumat verib.
Nazir deyib: “Yaponiyanın yeni rüsumların tətbiqi barədə siyahıya daxil edilməsi böyük təəssüf doğurur. Biz ABŞ tərəfinin Yaponiyanı həmin siyahıdan çıxarması üçün mümkün olan hər şeyi edəcəyik”. H.Seko, həmçinin qeyd edib ki, ABŞ-ın müttəfiqi olan Yaponiyadan ixrac bu ölkənin sənayesinin təhlükəsizliyinə mənfi təsir göstərə bilməz.
Yaponiya hər il ABŞ-a 2 milyon ton polad ixrac edir ki, bu da yapon polad ixracının cəmi 5 faizinə bərabərdir.
Qeyd edək ki, ABŞ-da poladtökmə və alüminium sənayesi üçün məhsullara ixrac rüsumlarının müvafiq olaraq 25 faiz və 10 faiz artırılması barədə sərəncam martın 23-də qüvvəyə minib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]