Yaponiya Rusiya və Şimali Koreya liderlərinin görüşünü diqqətlə izləyir
Tokio, 25 aprel, AZƏRTAC
Yaponiya Rusiya və Şimali Koreya liderlərinin görüşünü diqqətlə izləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 25-də keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.
“Şimali Koreyaya gəlincə, hökumət vəziyyəti böyük diqqətlə izləyir, informasiyaların toplanmasını və təhlilini davam etdirir. Təbii ki, yüksək səviyyəli Rusiya-Şimali Koreya görüşü də bizim diqqət mərkəzimizdədir. Lakin hazırda mən onun yekunları barədə proqnozlardan yayınmağa üstünlük verərdim”, - deyə Y.Suqa bildirib.
Baş katib, həmçinin qeyd edib ki, Yaponiya Koreya yarımadasında nüvə silahının ləğvi üçün ABŞ, Cənubi Koreya, həmçinin Çin və Rusiya ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
Xatırladaq ki, aprelin 25-də Vladivostokda Rusiya Prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen Inın görüşü keçirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]