Yaponiyada 2020-ci ilin iyulunda “Şinkansen” qatarlarının yeni modelinin xəttə buraxılması planlaşdırılır
Tokio, 28 yanvar, AZƏRTAC
Yaponiya dəmir yollarının operatoru “JR Tokai” şirkəti bəyan edib ki, gələn il iyulun əvvəllərində, “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları ərəfəsində “Şinkansen” ekspress qatarlarının yeni modelinin istismara verilməsi nəzərdə tutulur.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, “N700S” adlandırılan yeni modelin sınaqlarına ötən il başlanıb.
Yeni ekspresin korpusu hazırda istifadə edilən “Şinkansen”lərin müasirləşdirilmiş variantıdır və onun havaya qarşı müqaviməti aşağı salınıb.
Zəlzələ və ya digər təbii fəlakətin baş verəcəyi və dəmir yoluna elektrik enerjisinin verilişinin kəsiləcəyi təqdirdə, yeni model qatar malik olduğu litium-ion batareyaları ilə hərəkət edəcək. Bu sistem super ekspreslərdə ilk dəfə istifadə olunacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]