Yaponiyada uşaqların sayı 37 ildir ki, fasiləsiz olaraq azalır
Tokio, 5 may, AZƏRTAC
Yaponiya hökumətinin bildirdiyinə görə, ölkədə uşaqların sayı 37 ildir ki, azalmaqda davam edərək minimum rekord həddə çatıb.
AZƏRTAC xəbər verir ki, Ümummilli Məsələlər Nazirliyi cümə günü, ölkədə mayın 5-də qeyd edilən Uşaqlar Günü ərəfəsində bu barədə hesabat dərc edib.
Sənəddə qeyd edilir ki, Yaponiyada aprelin 1-nə olan vəziyyətə görə, 15 yaşına qədər uşaqların sayı təqribən 15 milyon 530 min nəfər təşkil edib. Bu, bir il əvvəlki həmin göstəricidən 170 min nəfər azdır. Onların 7 milyon 950 mini oğlan, 7 milyon 580 mini isə qızdır.
Həmin yaşda uşaqlar ölkə əhalisinin 12,3 faizini təşkil edir. Bu rəqəm də əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 0,1 faiz azalıb. Həmin göstəricinin 1975-ci ildən başlayaraq fasiləsiz şəkildə azaldığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]