Yaponiyanın Kyüşü adasında leysan yağışlara görə təxliyə barədə göstəriş verilib
Tokio, 4 iyul, AZƏRTAC
Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima şəhərinin və digər yeddi bələdiyyənin bütün sakinləri leysan yağışlar nəticəsində yarana biləcək torpaq sürüşmələri ilə əlaqədar təxliyə barədə göstəriş alıblar.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 18:30-a olan məlumata görə, bələdiyyələr ümumilikdə 530 min ailə təsərrüfatı üzrə 1 milyon 120 min sakinin təxliyəsi barədə sərəncam veriblər.
O cümlədən Kaqoşima prefekturasının digər əraziləri, həmçinin Kumamoto və Miyazaki prefekturalarının təqribən 404 min ev təsərrüfatı üzrə 868 min nəfərə təxliyə barədə tövsiyə göndərilib.
Təxliyə barədə həmin tövsiyələr müvafiq ərazilərin sakinlərinin bələdiyyə orqanları tərəfindən hazırlanan xüsusi yerlərə təxliyəsini nəzərdə tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]