Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yarpaqları üç rəngdə olur, havanı oksigenlə daha çox zənginləşdirir - Lənkərandan reportaj VİDEO

Lənkəran, 30 noyabr, İlkin Adıyev, AZƏRTAC

Dəmirağacı ağacı cənub bölgəsinin florasının simvollarından biridir. “Qırmızı kitab”a düşən bu ağac, dəmir kimi möhkəm, suda isə batan yeganə ağacdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəmirağacının özünəməxsus spesifik cəhətləri var. Hansı ki, bəzi cəhətləri digər bitkilərdə müşahidə edilmir. Əsasən subtropik və mülayim iqlimə uyğunlaşan bitki, daha çox meşədə, ikinci yarusta bitir. Dəmirağacı III dövrün relik bitkisidir. Ömrü də, başqa bir xəstəlik və ya zədə düşməyibsə, təxminən 200 ilə, hündürlüyü isə 20–25 metrə çatır.

Dəniz səviyyəsindən 400–600 metr hündürlükdə, daha çox Talış dağlarında yayılıb. Amma aparılan müşahidələr göstərir ki, dəmirağacına bəzən 1000–1200 metr hündürlükdə də rast gəlmək olur.

Bioloq Bahəddin Cəlalov bildirir ki, dəmirağacı qış aylarında çiçək açır. Mart ayından sonra meyvə gətirir: “Dəmirağacı yeganə bitkidir ki, çiçək açanda yarpaqlarını bir neçə formaya dəyişir və üç rəngdə olur. Bu ağac digər bitkilərə nisbətən havanı daha çox oksigenlə zənginləşdirir. Dəmirağacı həm rütubətliyə, həm də quraqlığa dözümlü ağacdır. Ölkəmizdə ancaq Xəzəryanı rayonlarda bitir. Bundan əlavə, ağac çiçəklənəndə toxumlarını öz yanlarına deyil, təxminən 7–8 metr kənara atır. Bir də köklərində pöhrələr əmələ gəlir ki, bununla da ağac çoxala bilir” , - deyə mütəxəssis əlavə edir.

Bir zamanlar sənayenin zəif inkişaf etdiyi dövrdə dəmirağacından maşınqayırmada və silah zavodunda istifadə edilib. Körpülərin tikintisində, parket və mebellərin istehsalında, avtomobillərin xüsusi konstruksiyasında belə istifadə olunub. Yerli sakinlər bu bitkini dekorativ məqsədlərlə istifadə olunmasını daha məqsədəuyğun hesab edirlər. Çünki dəmirağacı olan ərazilərdə havanın oksigen tərkibi daha zəngin olur.

Şəhər sakini Nəsir Məmmədov bildirir ki, dəmirağacı onun üçün bir gözəllikdir. Bu ağac Lənkəranın, eyni zamanda, uzunömürlülük simvolu sayılır: “Bizim şəhərdə elə bir həyət tapmazsınız ki, orada dəmirağacı əkilməsin. Havalar isti olanda onun altında sərin kölgəsi olur. Mən təklif edərdim ki, insanlar dəmirağacını öz həyətlərində daha çox əksinlər”.

Dəmirağacı ilə bağlı maraqlı faktlardan biri də milyonçu Nobel qardaşları ilə bağlıdır. Belə ki, tüfəng istehsalı ilə məşğul olan Nobel qardaşlarını Lənkərana məhz dəmirağacından ən yaxşı tüfəng qundaqları hazırlamaq arzusu gətirir. Amma Bakıda fontan vuran neft quyularını görən qardaşlar, tüfəng istehsalını buraxıb, mədənlərə sahib olurlar.

Hazırda dəmirağacı ən çox zəngin bitki örtüyü olan Hirkan Milli Parkının ərazisində qorunur. Ümumi ərazisi 40 min 358 hektar olan Hirkan Milli Parkının 20-25 faizini dəmirağac ağacı təşkil edir.

 

 

Yarpaqları üç rəngdə olur, havanı oksigenlə daha çox zənginləşdirir -  Lənkərandan reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki Dövlət Dram Teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək

Göyçayda məktəbdə “Şəhidlər muzeyi” açılıb

İsmayıllı və Göyçay sakinlərindən qanunsuz saxlanılan silahlar götürülüb

Lebron Ceyms NBA tarixində yeni rekorda imza atıb

Kamboca Xalq Partiyasının sədri Hun Sendən

DİM-in fevral ayında keçirdiyi imtahanlarda 25 min 946 nəfər iştirak edib

® “Azercell”in dəstəyilə keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatıb

Xarici dillər üzrə danışıq bloku imtahanı keçirilib

Azərbaycanın Müdafiə Nazirliyi ilə Pakistanın Birləşmiş Qərargahı arasında protokol imzalanıb

Rektor Elçin Babayev “Robotex Azərbaycan”da qalib gələn BDU komandalarının üzvləri ilə görüşüb

Avstriya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Avstriyalı parlamentarilər Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə məlumatlandırılıb

Azərbaycan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub

Qətər Mərkəzi Bankı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

"Valensiya" -"Real Madrid" oyununda qalmaqala səbəb olan hakim işindən kənarlaşdırılıb

Rəqabət Məcəlləsinə dair müzakirələr aparılıb

İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq

“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı”na yekun vurulub

Üzeyir Hacıbəylinin güllələnmiş heykəlinin əks olunduğu foto beynəlxalq festivalda nümayiş etdirilir

Bakıda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib YENİLƏNİB

Elmi və ali təhsil müəssisələrinin əməkdaşlarına “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlim keçirilib

Professor Reks Li “Yeni çağırışlar”da

RİNN nümayəndəsi nüfuzlu beynəlxalq təşkilatda proqram meneceri təyin olunub

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adlayıb

AZAL Bakı-Naxçıvan və əks istiqamətdə aviabiletləri öncədən almağı tövsiyə edir

“Hüseynqulu Sarabski arxivinin təsviri” – yeni nəşr

Türk lirəsi ilə ticarətin həcmi son 2 ayda 200 milyardı aşıb

Ədəbiyyat İnstitutunun 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub YENİLƏNİB

Fərid Qayıbov: Sevindirici haldır ki, artıq Xankəndidə idman tədbirləri keçirə bilirik

Dövlət Sosial Müdafiə Fonduna Beynəlxalq Sosial Təminat Assosiasiyasından yüksək güvən və etimad

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri ilə görüşüb

Avropalılar nə qədər alkoqol qəbul edir?

Melburnda “Leonardo da Vinçi – dahinin 500 illiyi” sərgisi açılacaq

Milli Onkologiya Mərkəzində “Kim üzr istəməlidir?” adlı kitabın təqdimat mərasimi olub VİDEO

Ekspert telekanallarda təhsil mövzusunun işıqlandırılmasına münasibət bildirib

Bu ilin iki ayında paytaxtda qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb

Xankəndi – Bakı ultramarafonunun qalibləri mükafatlandırılıb

® “Unibank” strateji prioritetlərini və korporativ dəyərlərini təqdim edib

Dövlət xidmətlərinin göstərilməsi sahəsində innovativ həllərin Monteneqroda tətbiqinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu 8 martla əlaqədar yeni layihəyə start verib

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərə dair açıqlama yayıb

“AzerGold” Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş interaktiv tədbir keçirib

Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi ilə çıxacaq

Polşalıların 41 faizi Rusiyanın hücum təhlükəsini real hesab etmir

Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Könül Nurullayeva: Xankəndi–Bakı ultramarafonunun keçirilməsi tarixi hadisədir

“Dəyərlərimizi qoruyaq!” layihəsinə başlanılıb

Oğuzda Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin 30 illiyi qeyd olunub

“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar VİDEO

Qəzzada həlak olan fələstinlilərin sayı 30,5 min nəfəri ötüb

Baş Prokurorluq: Hərbi xidmətə çağırışla bağlı qanunsuzluqlarla bağlı bu il 18 material üzrə araşdırma aparılıb

Almaniyada qocalar evində yanğın baş verib, 4 nəfər ölüb

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olunub

Özbəkistanın 74 vətəndaşı ABŞ-dan deportasiya edilib

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” tamaşasını hazırlayıb

Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu yaradılıb

AzMİU-nun stendi 9-cu Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində nümayiş olunub

Tibb Universitetinin rektoru ödənişsiz təhsil imkanı qazanan tələbələrlə görüşüb

Avropa İttifaqının üzvləri Azərbaycan Prezidentinin mesajından düzgün nəticə çıxarmalıdır ŞƏRH

Xankəndi – Bakı ultramarafonunun qalibi: Qələbəmi şəhidlərimizə həsr edirəm

Dəmir yoluna çıxan piyadanı qatar vurub

Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb

“Lufthansa”nın yerüstü heyəti martın 7-si və 8-də işə çıxmayacaq

Fevral ayının ikinci yarısında Elm və Təhsil Nazirliyinə 21 minədək müraciət daxil olub

Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

İstanbulda yanacaq daşıyan maşın partlayıb

Cənubi Koreyada 7 min həkim-internanın sertifikatının ləğv edilməsi gözlənilir

Riyaziyyat və Mexanika İnstitutunda akademik Zahid Xəlilovun xatirəsi anılıb

Azərbaycan üzgüçülük komandası Latviyada qızıl medal əldə edib

Dövlət Aqrar Universiteti Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə əməkdaşlığa başlayır

“Azərxalça”nın Lənkəran filialında ipək xalçalar toxunur VİDEO

Mütəxəssis: Genetika piylənmənin əsas faktorlarından biridir

Din xadimlərinin attestasiyasına başlanılıb

Qarabağ Müharibəsi Veteranı olan prokurorluq işçisi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib

Almaniya Azərbaycanlıları Alyansı “Artsaxın mədəni irsi” kitabının təqdimatına etiraz edib

Xankəndi–Bakı ultramarafonuna yekun vurulub VİDEO

STP Şirkətlər Qrupu növbəti inkişaf layihəsini təqdim etdi

Avstriya parlamentinin nümayəndə heyəti Azərbaycanın multikulturalizm modeli barədə məlumatlandırılıb

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına tələbə qəbulu qaydaları açıqlanıb

Rəşad Sadiqov: Həmin epizodu bir neçə dəqiqə VAR-da yoxlamağa ehtiyac yox idi

Rusiyada fəaliyyət göstərən “Mərkəzi Müftilik” Müsəlmanların Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri, müfti Anar Ramazanovdan

Nikki Heyli Vaşinqtonda keçirilən praymerizdə qalib gəlib

San-Marino Respublikasının Kapitan-Regentləri Filippo Tamanyini və Qaetano Troinadan

Təbrizdə İran-Azərbaycan əlaqələrinin perspektivləri müzakirə edilib

Nigar Bayramlı: Arzum budur ki, “Güvən” cəmiyyətə və regionlarda uşaqlara xidmət edən iri xeyriyyə təşkilatına çevrilsin

Azərbaycanın COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən önəmin ifadəsidir ŞƏRH

İsveçin NATO-ya daxil olması barədə müraciətin ratifikasiyası imzalanıb

Orban ABŞ-a səfəri zamanı Baydenin əvəzinə Tramp ilə görüşəcək

Naxçıvanda sənaye məhsulu istehsalı 20,6 faiz artıb

Gənclər Kitabxanasında “Cəbrayılın ilk şəhidi” adlı kitabın təqdimat mərasimi keçirilib

Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalodan

Naxçıvanda elektrik verilişində qısa fasilələr yaranacaq

Filippində düyü satışı qalmaqalına görə 130-dan çox məmur işdən çıxarıla bilər

Həkim-ftiziatr: İctimai nəqliyyatdan istifadə etdikdən sonra mütləq əlləri sabunlamaq lazımdır

Prezident İlham Əliyev Pakistanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Şahbaz Şərifi təbrik edib

ADPU STEAM Mərkəzinin komandası “Robotex Azərbaycan”da I yerə çıxıb

Mütəxəssis: Kataraktanın yeganə müalicəsi cərrahi əməliyyatdır

Nicat Abasovun İddiaçılar Turnirindəki ilk rəqibi bəlli olub

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə