Yekaterinburqda Türkiyə ilə birlikdə topdansatış ərzaq paylaşdırma mərkəzi inşa ediləcək
Moskva, 30 aprel, AZƏRTAC
Yekaterinburqda Türkiyə ilə birlikdə topdansatış ərzaq paylaşdırma mərkəzi inşa ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vasili Kozlov məlumat verib.
Nazirin sözlərinə görə, layihə təqribən 2-3 il ərzində həyata keçiriləcək. O vurğulayıb ki, Sverdlovsk vilayəti riskli əkinçilik zonasına aiddir, buna görə də Türkiyədən meyvə-tərəvəz idxal edilməsi Sverdlovsk vilayətinin maraqlarına uyğundur.
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar jurnalistlərə bildirib ki, topdansatış paylaşdırma mərkəzinin olması Türkiyə tərəfinin maraqlarına çox uyğundur. Səfir deyib: “Əminəm ki, Yekaterinburqda belə bir mərkəz açılması bu cür məhsulların idxalı və ixracı sahəsində həm Türkiyə ilə, həm də digər ölkələrlə ticari-iqtisadi münasibətlərin inkişafına təkan verəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]