YEKUNU SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏR VURACAQLAR
Mayın 27-də Minskdə MDB-nin İcraiyyə Komitəsində Birliyin nizamnamə orqanları və digər orqanlar yanında üzv ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası olacaqdır.
MDB İcraiyyə Komitəsinin (İK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şuranın üzvləri İK haqqında Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədə təklifləri müzakirə edəcəklər. MDB-nin gələcək inkişaf Konsepsiyasının reallaşdırılması üzrə əsas tədbirlər planında Birliyin inkişafının müasir mərhələsində İK-nın funksiya və vəzifələrinin müəyyənləşdirilməsi, strukturunun, kadr, maliyyə və təşkilati-texniki təminatının onlara uyğunlaşdırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, səlahiyyətli nümayəndələr MDB Hökumət Başçıları Şurasının bu günlərdə Minskdə başa çatmış iclasının yekunlarını vuracaq, görüşdə qəbul edilmiş sənədlərin həyata keçirilməsi üzrə tədbirlər müəyyənləşdirəcək, Müstəqil Dövlətlər Birliyinin Fəxri fərmanı ilə mükafatlandırmaq üçün təqdimat məsələsini müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]