Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yenə həmrəy idik, yad olsaq da doğma idik…

Yenə həmrəy idik, yad olsaq da doğma idik…

Bakı, 28 sentyabr, Göyçək Mahmudlu, Təhminə Verdiyeva, AZƏRTAC

Sentyabrın 27-də - Anım Günündə ölkənin dörd bir yanında Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarının uyuduqları Şəhidlər xiyabanlarında al qərənfillərin izdihamı müşahidə olunurdu. Böyükdən-kiçiyə hər kəs müqəddəs and yeri hesab etdikləri, qəhrəman döyüşçülərin uyuduqları məkanlara üz tutmuşdu. Azərbaycan xalqı böyük qürur, eyni zamanda, dərin kədər hissləri ilə öz savaşçılarını tək-tək ziyarət edirdi. Dualar, göz yaşları və minnətdarlıq sözləri… Həmin gün hamı yenə də həmrəy idi. Cəsur döyüşçülərimizin məzarları qarşısında hər kəs bir-biri ilə doğmalaşmışdı. Ziyarətçilər şəhid ailələrinin dərdinə şərik olur, qazilərlə həmsöhbət olub o günləri xatırlayırdılar.

AZƏRTAC xəbər verir ki, İkinci Şəhidlər xiyabanının ziyarətçiləri arasında olan Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Anım Gününün yalnız şəhidlərimizin qəhrəmanlıqlarını yad etməklə yekunlaşmadığını, eyni zamanda, millət olaraq həmrəylik və birlik ruhunu da gücləndirdiyini deyib.

O, şəhid oğlundan danışaraq, qürur və kədər dolu ürəkdən gələn sözlərini dilə gətirib: “Millətimiz sağ olsun! Vətənimiz sağ olsun! Bu gün Qarabağ azadlıqdadır, bu torpaqların hər qarışında oğlumun, şəhidlərimizin izi var. Onlar canı və qanı ilə bu torpaqların mübarizəsini apardılar. 27 Sentyabr - Anım Günü Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı ehtiramla anmaq üçün bir araya gəlirik. II Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunur, ailələri və dostları tərəfindən dualar oxunur, məzarlar gül çələngləri ilə bəzədilir. Bu məkan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının ruhunun əbədi dincəldiyi müqəddəs bir ocaqdır”.

Vətən müharibəsi şəhidi, baş leytenant Rövşən Nurzadənin anası Gülcamal Nurəliyeva övladının Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla paralel qrupda təhsil aldığını, Tovuz döyüşləri zamanı ehtiyatda olan zabit imiş. Lakin döyüşə getmək üçün adını yazdırdığını bildirib: “Vətən müharibəsi başlayanda Rövşən döyüşə könüllü olaraq getdi. Müharibənin ilk günlərindən Füzuli, Cəbrayıl istiqamətlərindən başlayan döyüş yolu Şuşaya qədər uzandı. Noyabrın 6-da Şuşada şəhid oldu.

Rövşən Vətəni hamımızdan çox sevdi, torpaqlarımızın azad edilməsi uğrunda canından keçdi. İki övladını isə əmanət qoyub getdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində biz azad Qarabağda rahatlıqla gəzir, qurub-yaradır və məskunlaşa bilirik”.

Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşə yollanaraq Füzuli, Qubadlı, Laçın və Şuşa istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edən Elçin Qasımov isə döyüş meydanında əldə edilən Qələbənin, Ordumuzun digər bölmələrinin azad etdikləri ərazi xəbərlərinin, xalqımızın dəstəyinin onun üçün ən unudulmaz xatirələrə çevrildiyini deyib: “Çətin də olsa, şərəfli yol idi. Çox sevinirəm ki, bizim nəslə, mənə tarixi anları yaşamaq, qələbəyə doğru addım-addım irəliləmək, o torpaqların hər cığırında iz salmaq nəsib oldu. Vətənimizi bütöv şəkildə görmək, həmin torpaqların öz sakinlərini sevinclə qarşılamasına şahid olmaq sözlə ifadə ediləsi hisslər deyil. Bunu ancaq döyüş meydanında Zəfərə can atan, atdığı hər addımda doğma torpaqlardan güc alan birisi daha dərindən hiss edə bilər. Bizim Zəfər yolumuzda qəhrəman qardaşlarımızın ayaq izləri həkk olunub. Allahdan şəhidlərimizə rəhmət diləyirəm”.

İkinci Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakini Mirfərhad Kərimov ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların xatirəsini yad etməyin hər kəsin borcu olduğunu bildirib: “Bu gün biz and yerimiz olan Şəhidlər xiyabanlarını yad etdik, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qəhrəmanlarının məzarı önlərində onlara minnətdarlığımızı bildirdik. Həmin ənənə xalqımız var olduqca davam edəcək. Hər birimiz bu torpaq, bu xalq, bu millət üçün canını fəda edən cəsur döyüşçüləri dərin hüzn və ehtiramla xatırlayacaq, onların göstərdiyi şücaəti nəsillərdən-nəsillərə ötürəcək. Bu gün biz Şuşaya, Xankəndiyə gedə biliriksə, xəyallarımızı real olaraq yaşayırıqsa, bu, qəhrəman oğullar sayəsindədir. Bir ömür çalışsaq da, onlara olan borcumuzu ödəyə bilmərik, lakin tez-tez ailələrini, məzarlarını ziyarət edərək vəfa borcumuzu yerinə yetirmiş olarıq. Allah rəşadətli Azərbaycan Ordusunun qəhrəman hərbi qulluqçularını qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Ordumuzla qürur duyuruq”.

Qədirbilən xalqımız 44 günlük Zəfər salnaməsinin qəhrəmanlarını heç zaman unutmayacaq, onları hər zaman yaşadacaq, xatirələrini uca tutacaq. Dastana dönən igidlərin yazdığı şanlı tarix min illər keçsə də, böyük fəxarət hissi ilə xatırlanacaq, onların şərəfli həyat və döyüş yolu gələcək nəsillər üçün örnəyə çevriləcək. Onların hər biri azad edilən torpaqlara atılan hər addımda minnətdarlıq hissi ilə yad ediləcək.

Xatırladaq ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhadətə qovuşub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbul və İzmirdə “Azərbaycan mədəniyyəti və incəsənəti günləri” keçiriləcək

Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir

Hacıqabulda selin fəsadlarının aradan qaldırılması üçün çox sayda texnika cəlb olunub

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

“Muzey Gecəsi”nin layihə rəhbəri: Məqsədimiz fikirlərimizi müxtəlif ünsiyyət vasitələri ilə ifadə etməkdir

“Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda hakaton keçirilir

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə aparılacaq

Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq

Ağsuda yeniyetməni ilan sancıb

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub -  YENİLƏNİB VİDEO

“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb

Azərbaycanda köçəri quşların populyasiyasında sabitlik müşahidə olunur

Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Qərbin xüsusi xidmət orqanları Gürcüstanda iğtişaşlar vasitəsilə Qafqazda gərginlik yaratmaq istəyirlər - ŞƏRH

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

ABŞ dərinlik nasoslarının sayını artırıb

Musa Qasımlı: Azərbaycan Ermənistanı məğlub etməklə onu müdafiə edən dövlətlər üzərində də qələbə qazandı

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

Ermənistanın şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir – ŞƏRH

Portuqaliya humanitar vizalar tətbiq edir

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilk dəfə Füzulidə keçiriləcək

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən var VİDEO

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq

Mingəçevirdə oğul atasını döyərək öldürüb

Aydın Kərimov: Şuşada bu günə kimi 20-ə yaxın tarixi abidə tam bərpa olunub

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər

“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

XİN: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar VİDEO

Meteoroloqlar: Türkiyədə yay mövsümündə yağıntıların miqdarı 9 faiz azalıb

Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq

Gürcü politoloq: Qərb Gürcüstan hökumətini özünə tabe etdirmək istəyir

Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Rusiyada xərçəng əleyhinə vaksin melanoma xəstələri üzərində sınaqdan keçiriləcək

“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

İtaliyanın milli dəmir yolu holdinqinin işçiləri tətil edirlər

Alimlər: Sink ehtiyatlarının çoxu Yerə ibtidai asteroidlərlə birlikdə düşüb

Çikaqoda yük qatarı qarət edilib

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok” yüzlərlə iş yerini ixtisar edir və onları süni intellektlə əvəzləyir

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

Qazax xanlığı haqqında XVII əsrə aid nadir əlyazma tapılıb

Tovuzda yeni təlim-məşq bazası tikiləcək, stadionun ot örtüyü dəyişdiriləcək

Məsut Özil "Zirə" komandasının qonağı olub

Türkiyə tezliklə 40 ədəd “Eurofighter” qırıcıları alacaq

“Spiegel”: Kiyevdə ilk dəfə Rusiyaya güzəştlərlə bağlı ssenari müzakirə edilib

Milli Strategiyanın icrası ilə su ehtiyatlarından daha səmərəli istifadə olunacaq - RƏYLƏR

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Şahin Diniyev: Estoniya ilə matçda futbolçularımızda keyfiyyət çatışmadı

İsveçin 600 vətəndaşı İnterpol tərəfindən axtarışa verilib

NASA Yupiterin peykinə kosmik gəmi göndərir

Slovakiya millisinin baş məşqçisi: Azərbaycanla oyun üçün fərqli planlar qurmalıyıq

Azərbaycan Daşkənddə turizmin inkişafına həsr edilən konfransda təmsil olunub

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

Estoniyalı futbolçular Azərbaycan millisi ilə oyundakı qələbəni şərh ediblər

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Millətlər Liqası: Bundesliqada çıxış edən futbolçu Azərbaycan yığmasına qarşı oynamayacaq

Sensasiyalı eksperiment: Yuxuda olan insanlar arasında əlaqə qurulub

Donald Tramp ABŞ vətəndaşlarını öldürən mühacirlərə ölüm cəzası verilməsini istəyir

ASCO daha bir quru yük gəmisi alır

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb

Gürcüstanı qardaş qırğınına təşviq edənlər, əslində, regiondakı mövcudluqlarının mahiyyətini göstərirlər ŞƏRH

FHN: Ötən sutka 27 yanğına çıxış olub

Yeni tədqiqat: Şəkər beyin neyronları üçün yağlardan daha təhlükəlidir

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Vinçentso Montella Türkiyə millisinin tarixinə düşüb

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

Sədr: Hazırda 15 xarici şirkət “Cypho”nu tətbiq edir VİDEO

AHİK və Mediasiya Şurası əməkdaşlığa başlayır

Millətlər Liqası: Xorvatiya Şotlandiya ilə, Portuqaliya Polşa ilə qarşılaşacaq

Azərbaycan neftinin bahalaşması davam edir

DİN: Ötən gün 48 cinayətin üstü açılıb

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün Azərbaycan Kubokuna iki oyunla start veriləcək

Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın U-21 millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaq

Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb

Çində yanacağın qiyməti yenidən bahalaşıb

Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur VİDEO

Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib VİDEO

“Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir

Masallıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib

Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək