Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Hanoy, 20 noyabr, AZƏRTAC

Vyetnam Sosialist Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması mərasimi olub. Sazişi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və VKP Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq imzalayıblar.

YAP nümayəndə heyətini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Le Hoay Çunq Vyetnamın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. İki ölkənin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsiplərinə daim əməl etdiklərinə diqqəti yönəldən VKP Mərkəzi Komitəsinin katibi qeyd edib ki, istər Azərbaycan, istərsə də Vyetnam müstəqil siyasət yürüdən dövlətlər kimi beynəlxalq münasibətlər sistemində ədalət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasi nizamın tərəfdarlarıdır. “Biz dövlətlər arasında münasibətlərin sağlam məcrada, konstruktiv müstəvidə, beynəlxalq hüquq normaları əsasında inkişafını dəstəkləyirik”, - deyə Le Hoay Çunq əlavə edib.

Daimi təmasların istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafı baxımından böyük önəm daşıdığını bildirən Le Hoay Çunq VKP ilə YAP arasında sıx əlaqələrin olduğunu vurğulayıb, qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb. VKP rəsmisi partiyasının YAP ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyərək, Azərbaycan nümayəndə heyətinin səfərinin dostluq münasibətlərinin gücləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ötən il Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb, ölkələrimizin bu müddət ərzində əhəmiyyətli nailiyyətlər qazandıqlarını bildirib. Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərini xatırladan Tahir Budaqov Azərbaycan-Vyetnam dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini diqqətə çatdırıb. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama və Prezident Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana səfərləri dövlətlər arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına təkan verərək iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb.

Tahir Budaqov 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Qələbə qazanan və 2023-cü ilin sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri ilə ölkə ərazisində separatizmin birdəfəlik ləğvinə nail olaraq BMT Təhlükəsizlik Şurasının uzun müddət kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin edən Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini tam bərpa etdiyini diqqətə çatdırıb, Vyetnamın ölkəmizin ədalətli mövqeyini dəstəkləməsini minnətdarlıqla vurğulayıb.

T.Budaqov Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda aktual çağırışların meydana çıxdığını söyləyib. “YAP beynəlxalq əlaqələrin inkişafına da böyük önəm verir və sistemli siyasət həyata keçirməklə bu istiqamətdə məqsədyönlü addımlar atır. YAP ilə VKP arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

YAP ilə VKP arasında münasibətlərin inkişafının diqqət mərkəzində olduğunu bildirən Tahir Budaqov deyib: “Biz dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq iki partiya arasında əməkdaşlığın genişlədirilməsi yönündə müvafiq addımlar atırıq. YAP ilə VKP ikitərəfli əlaqələrlə yanaşı, Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) çərçivəsində də səmərəli işbirliyi həyata keçirir".

Ötən il Vyetnam Kommunist Partiyasının nümayəndə heyətinin ölkəmizə səfər etdiyini və YAP ilə VKP arasında səmərəli fikir mübadiləsinin aparıldığını söyləyən Tahir Budaqov qeyd edib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi də bu baxımdan olduqca əhəmiyyətli və faydalıdır.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib

Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar

Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib

“Bilim Bakı”da “Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib

“Qarabağ” və “Azəryol” komandaları böyükhesablı qələbə qazanıblar

Azərbaycanın COP28-dəki pavilyonu Qarabağla bağlı haqq səsimizin daha geniş kütləyə çatdırılmasına imkan yaradacaq

Qərbin qaranlıq keçmişi: Afrika müstəmləkələrində kölə alveri

Fu Hua: Sinxua və AZƏRTAC müasir çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməlidir VİDEO

Pedaqoji Universitetdə Beynəlxalq Əlillər Günü qeyd olunub

BŞTİ: Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq

Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında son tamamlanma işləri aparılır

Ötən ay İnsan Resursları Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib

Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib

“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

Beynəlxalq Velosipedçilər İttifaqı 40 rusiyalıya yarışlara çıxmaq icazəsi verib

Bakıda “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanılıb VİDEO

Məşhur Piza qülləsinin Bolonyada olan bənzəri çökə bilər

Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var

UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb

AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib

Beynəlxalq STEAM Azərbaycan Festivalında 11 ölkənin komandaları yarışacaq