YENİ AZƏRBAYCAN PARTİYASI SEÇKİ KONSEPSİYASININ HAZIRLANMASINI BAŞA ÇATDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri ilə bağlı konsepsiyanı hazırlayıb başa çatdırmışdır.
YAP-ın bütün seçkilərə çox ciddi və məsuliyyətlə hazırlaşdığını qeyd edən partiya sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, Azərbaycan prezidentinin seçkiləri YAP üçün əlamətdar olacaqdır. Prezident seçkləri ilə bağlı artıq bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edən sədr müavini, seçki kampaniyası ilə bağlı resursların dəyərləndirildiyini, müvafiq qrupların formalaşdırıldığını bildirmişdir.
YAP-ın namizədinin Prezident İlham Əliyev olduğunu bir daha qeyd edən Əli Əhmədov vurğulamışdır ki, son 5 ildə uğurla həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində xalqın rifah halı xeyli yaxşılaşmış, regionların inkişafı ilə bağlı görülmüş tədbirlər partiya sədrinin reytinqini çox yüksəyə qaldırmışdır. Görülmüş bütün bu işlər, qazanılmış uğurlar prezident seçkilərində YAP-ın namizədinin tam qələbə qazanacağını əminliklə deməyə əsas verir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]