Yeni Azərbaycan Partiyasının humanitar məsələlər komissiyasının iclası keçirilmişdir
Bakı, 13 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) humanitar məsələlər komissiyasının iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov iclasın gündəliyi haqqında məlumat vermişdir.
İclasda ilk olaraq təşkilati məsələyə baxılmışdır. YAP Siyasi Şurasının üzvü İradə Hüseynova humanitar məsələlər komissiyası sədrinin müavini seçilmişdir.
Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunmuşdur.
Y.Hümbətov bildirmişdir ki, iş planında Xocalı faciəsi və 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfransların keçirilməsi nəzərdə tutulmuşdur. Onun sözlərinə görə, komissiya bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar konfrans, YAP fəalları ilə birgə hərbi hissələrdə vətənpərvərlik və qəhrəmanlıq tarixinə və digər əlamətdar hadisələrə dair tədbirlər keçirəcəkdir.
Müzakirələr zamanı komissiyanın üzvləri 2014-cü ilin iş planı ilə bağlı fikir və təkliflərini bildirmişlər.
Sonda komissiyanın iş planı qəbul olunmuşdur.
YAP İdarə Heyətinin üzvü Yusif Hümbətovun sədrlik etdiyi humanitar məsələlər komissiyasına YAP Siyasi Şurasının üzvləri -Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatlarından Yaqub Mahmudov və Rafiq Məmmədhəsənov eləcə də, professor Həsən Mirzəyev və İradə Hüseynova daxildirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:34]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 17.04.2025 [15:57]