Yeni Azərbaycan Partiyasının komandası “Müəssisələrarası futbol” turnirinə qələbə ilə başlayıb
Bakı, 17 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) komandası Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik xatirəsinə həsr edilmiş “Müəssisələrarası futbol” turnirində iştirak edir.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, ilk görüşdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin komandası ilə qarşılaşan Yeni Azərbaycan Partiyasının komandası 6:5 hesablı qələbə qazanıb.