Yeni çağırış Finlandiya parlamentinin deputatlarının yarıdan az hissəsi bu vəzifəyə ilk dəfə seçilib
Stokholm, 30 aprel, AZƏRTAC
Yeni çağırış Finlandiya parlamentinin (Eduskunta) deputatlarının yarıdan az hissəsi bu vəzifəyə ilk dəfə seçilib.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, son statistik məlumatlara görə, yeni çağırış Finlandiya parlamentinin deputatlarının 41,5 faizi ilk dəfə seçilib.
Eduskuntaya aprelin 14-də keçirilmiş seçkilər nəticəsində deputatların 58,5 faizi təkrar seçilib, qalan 41,5 faizi isə bu vəzifəni ilk dəfə tutublar. Statistik məlumatlar həm də onu göstərir ki, 200 deputatdan 96,5 faizi əvvəllər başqa işlərlə məşğul olub.
Yeni deputatların orta illik gəliri (vergilər tutulana qədər) 55.401 avroya bərabərdir.
Onu da qeyd edək ki, yeni çağırış Eduskunta deputatlarının orta yaşı 46-ya bərabərdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]