Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquqi islahatlar Azərbaycanı dünyada demokratik dövlət kimi tanıdıb

Yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquqi islahatlar Azərbaycanı dünyada demokratik dövlət kimi tanıdıb

Bakı, 19 iyun, AZƏRTAC

1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edərək öz müstəqilliyini elan etsə də, bu, SSRİ-dən miras qalmış hüquqi sistem, qanunlar, hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.

SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi heç də asan olmayıb. 1991-1993-cü illərdə ölkədə hökm sürən xaos, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi.

Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və ölkəmizin qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı.

Bu fikirlər Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Polad Mehdiyevin "Yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquqi islahatlar Azərbaycanı dünyada demokratik dövlət kimi tanıdıb" sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ölkəmizdə, sözün əsl mənasında, demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdi. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirdi.

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası dünyəvi dövlətin əsaslarını yaratdı

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının tarixi 90-cı illərin ortalarına təsadüf edir. Əsas məqsədi hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq olan ilk milli Konstitusiya layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində qəbul edilmişdir. Həmin tarix ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.

Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəddə xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlət idarəçiliyinin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının möhkəm təməlini formalaşdırmış oldu. Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Konstitusiyada nəzərdə tutulan hakimiyyət bölgüsü prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətinə və ədalət mühakiməsi prosesinə cəmiyyətin baxışını dəyişmək üçün bu sahədə köklü islahatlara ehtiyac yaranmışdı. Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən etdi və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyuldu. Eyni zamanda, xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alındı.

Belə ki, xalqa və dövlətə qarşı yaranan ciddi təhdidlərin qarşısının alınması üçün ölkədə cinayətkarlıqla mübarizə tədbirləri genişləndirilməsi əsas prioritet məsələlərdən biri idi. Heydər Əliyev tərəfindən ölkədə cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi sahəsində konkret tədbirlər görülməsini nəzərdə tutan “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanın qəbul edilməsi və onun icrası nəticəsində ölkədə hüquq və ədalətin təntənəsinin bərpası, əhalinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdu.

Qanunvericilik bazasının və məhkəmə hüquq sisteminin formalaşdırılması yeni mərhələdə

Hüquqi islahatlar, mahiyyət etibarilə, qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi maariflənmənin genişləndirilməsi, məhkəmə və bütövlükdə, hüquq-mühafizə sisteminin islahatı, vətəndaşın hüquqi yardım almaq hüququ kimi mühüm tədbirləri özündə ehtiva edir. Sovet dövründən qalmış qanunvericilik bazasının yenilənməsi və ictimai münasibətlərin mövcud dövrün tələblərinə cavab verən normativ hüquqi aktların, o cümlədən “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” “Prokurorluq haqqında” “Polis haqqında”, “Normativ-hüquqi aktlar haqqında” qanunların, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanunlarının, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının, habelə hazırda qüvvədə olan əsas məcəllələrin və digər hüquqi aktların layihələri hazırlanaraq qəbul edilib.

Komissiya tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır, konstitusiya nəzarəti ideyası qəbul edilib.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul edilməsi ilə ölkəmizdə əvvəlki məhkəmə sistemindən əsaslı surətdə fərqlənən, ədalət mühakiməsinin səmərəli və effektiv həyata keçirilməsinə yönəlmiş təkmil və müstəqil üçpilləli məhkəmə sistemi formalaşdırıldı. Bununla yanaşı, 1998-ci il iyulun 14-də əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək olan ali konstitusiya ədalət mühakiməsi orqanı - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. Ədalət mühakiməsini həyata keçirən məhkəmə sisteminin təşkilinin təmin edilməsi, hakim vəzifələrinə namizədlərin seçilərək ədalət mühakiməsini müstəqil və qərəzsiz həyata keçirən hakimlər korpusunun formalaşdırılması məqsədilə Ulu Öndərin 1998-ci il 1 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Məhkəmə-Hüquq Şurası yaradılıb və onun Əsasnaməsi təsdiq edilib.

Ümummilli Lider Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Fərmanla hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi, hakimliyə namizədlərin peşə hazırlığının, bu vəzifəyə layiq olmasının müəyyən edilməsi və hakim vəzifəsinə ixtisaslı və səriştəli şəxslərin təyin edilməsi məqsədlərinə uğurla nail olundu, dövlətçilik tariximizdə ilk dəfə olaraq test üsulu ilə imtahan və müsahibə əsasında hakimlərin seçilməsinə başlanıldı.

1997-ci ildə qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında” Qanun və sonrakı dəyişikliklər Konstitusiya Məhkəməsinə Konstitusiyanın və qanunların şərh edilməsi, digər normativ aktların eləcə də Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının, dövlətlərarası və hökumətlərarası müqavilələrin Konstitusiyaya uyğunluğunun yoxlanılması, insanların konstitusion hüquqlarının müdafiəsi ilə bağlı fərdi şikayətlərə baxılması, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, Konstitusiyanın müdafiəsinə imkan yaradan digər səlahiyyətlər verilib.

İnsan hüquq və azadlıqlarının təminatı istiqamətində köklü islahatlar

Ulu Öndər Heydər Əliyevin apardığı çoxşaxəli hüquqi islahatların əsas istiqamətlərindən birini də insan hüquqlarının təminatı və müdafiəsinin gücləndirilməsi, bu sahədə institusional mexanizmlərin təsbiti təşkil edirdi. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Prezident Heydər Əliyev 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənədi — İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramını təsdiq edib. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu məqsədlə proqram çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilib. Bundan əlavə, ölkəmizin Avropa Şurasına üzvlüyü ərəfəsində milli qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyası ilə müqayisəli təhlili aparılıb. Ümummilli Liderin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanda, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Əsas məqsədi dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi olan bu təsisat, 2001-ci il 28 dekabr tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu ilə yaradılıb.

Fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədilə 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bununla da ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi təsbit edilib, fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Humanizm prinsiplərinə verilən yüksək dəyərin nümunəsi

Ulu Öndərin genişmiqyaslı islahatları sayəsində ölkədə hüquqi islahatların aparılmasına mövcud qanunvericilik bazasının humanizm prinsipləri əsasında yenilənməklə başlanıldı. Belə ki, inkişaf etmiş bir çox dövlətdə hələ də tərəddüdlə qarşılanan ən ağır cəza - ölüm cəzasının ləğvi prosesinin əsası ölkəmizdə 1993-cü ildə qoyulub. Həmin ildə Ümummilli Lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsünü irəli sürüb. Daha sonra “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 1998-ci il 10 fevral tarixli Qanun qəbul edilib.

1998-ci il dekabrın 11-də “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokoluna qoşulmaqla Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü ləğv edildi. Humanist baxışlara, xeyirxahlığa sahib Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə humanizm, ədalət prinsipləri və cinayətlərə görə cəzaların uyğunluğu nəzərə alınmaqla, ölkəmizdə qanuna və hüquqa əsaslanmış əfv və amnistiya kimi bağışlama institutları bərpa edilib. Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə imzalanmış 32 əfv sərəncamı və onun prezidentliyi dönəmində qanunvericilik orqanı tərəfindən qəbul edilmiş 7 amnistiya aktı 80 mindən çox insana şamil edilib. Həmçinin cəzaların icrası sistemi ilə əlaqəli aparılan islahatların tərkib hissəsi olaraq postsovet məkanında ilk dəfə Azərbaycanda əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan Penitensiar xidmət tamamilə Ədliyyə Nazirliyinin tabeliyinə verilib.

Bütövlükdə, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi illərdə respublikamızda əsaslı islahatlar aparılıb və məhkəmə-hüquq sistemi yeni mərhələyə qədəm qoyub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində aparılan genişmiqyaslı islahatlar bu gün ölkəmizi beynəlxalq aləmdə demokratik dövlət kimi tanıdıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənir

Dünyanın ən təhlükəli patogenlərindən birinin ölümcül sirri açılıb

ABŞ prezidenti COVID-19-a yoluxub

Alimlərin yuxu problemi olanlar üçün təklifi irəli sürüblər

Avropada dəmir yollarına ən az investisiya qoyan ölkə Fransadır

Ayda kəşf edilən mağara insanların məskunlaşması üçün əlverişli şərait yarada bilər

Moldova 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-də payını 1 faizə qədər artıracaq

Britaniyalı müğənni Adel musiqi fəaliyyətinə fasilə verəcək

Balakəndə qəza törədən motosikletçi komaya düşüb

Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçib

Qardabanidə uşaqlara “İçərişəhərin sirli sakini” adlı kitab hədiyyə olunub

Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb

BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb

Beynəlxalq Miqrasiya Təşkilatı: Sudanda baş vermiş müharibə səbəbindən 10 milyondan çox insan köçkün olub

Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib

Türkiyə Prezidenti Kipr Sülh Əməliyyatının 50-ci ildönümü proqramlarında iştirak edəcək

Sosial şəbəkədə səfir Polad Bülbüloğlunun adından saxta videomüraciət yayılıb

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan idmançılarının Paris Olimpiadasına yolasalma mərasimi keçirilib

Konfrans iştirakçılarının Şuşa şəhərinə səfəri başlayıb

Ukrayna 95 nəfəri Rusiya əsirliyindən geri qaytarıb

XİN: Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan idmançılarının Paris Olimpiadası üçün vahid idman forması təqdim olunub

Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir

“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub

Macar ekspert: Macarıstan Azərbaycanla “qaz dostluğu” yox, qardaşlıq dostluğu qurur - MÜSAHİBƏ

Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuliyə və Şuşaya səfər ediblər VİDEO

“Şerif”in baş məşqçisi: Sabahkı oyunda revanş üçün çalışacağıq

Naxçıvanda aktiv POS-terminalların sayı 3,6 dəfə artıb

Fransanın xarici borcu 800 milyard avroya çatıb

Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər

"Şerif"in futbolçusu: Yaxşı rəqibə qarşı oynayacağıq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Sabah Suraxanının bəzi ərazilərinə qazın verilişi müvəqqəti dayandırılacaq

BSU-nun Tədbirlər Planına uyğun təşkil olunan yay məktəbinin iştirakçıları ilə görüş keçirilib

Yakutiyada daşqınlar nəticəsində 4,8 min nəfər zərər çəkib

Cənubi Koreyada güclü yağışlar nəticəsində yüzlərlə ev su altında qalıb

Rəşad Sadıqov: Hər şeyə hazır olmalıyıq

Dövlət Vergi Xidməti 17 milyon manatdan çox vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsini təmin edib

"Zirə"nin müdafiəçisi: Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var

Azərbaycan ilə İsrail arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Münxendə Ümumdünya QİÇS Konfransı (AIDS 2024) keçiriləcək

Özbəkistan BOE sayəsində 500 milyon kubmetr qaza qənaət edib

Loqoped: Uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq aktivlikdir

İtaliyanın antiinhisar təşkilatı “Armani” və “Dior” şirkətlərində araşdırmalara başlayıb

DİM məşqçilik ixtisası üzrə imtahan verəcək abituriyentlərə müraciət edib

“ChatGPT”də 180 milyon insan qeydiyyatdan keçib

Prezident To Lam: Vyetnam Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

Amerika Kubokunun finalında zədələnən Messinin son durumu açıqlanıb

Bu il İKZF-in vəsaiti hesabına 230 milyon manatdan çox ipoteka krediti verilib

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib VİDEO

Narkokuryerliyə cəlb olunan daha iki nəfərdən 26 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən COP29-la əlaqədar maarifləndirmə xarakterli növbəti tədbir keçirilib VİDEO

Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümə “Mübariz” tamaşası ilə yekun vurub

“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib

Masallıda fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb

Qərbi Balkan ölkələrində anomal istilər hökm sürür

Dövlət və özəl müəssisələrin xidmətlərindən istifadə zamanı şəxsiyyət vəsiqəsi rəqəmsal formada təqdim olunacaq

“Birləşdik – 2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Banqladeşdə universitetlər və kolleclər qeyri-müəyyən müddətə bağlanıb

Fahrettin Altun: Oxucular “Azərbaycanın sirləri” kitabı vasitəsilə dəyərli məlumatlar əldə edə biləcəklər

Rumıniyadan alınan elektrik enerjisi Moldovaya 4 dəfə baha başa gəlir

Naxçıvanda əmlak xidmətlərinə müraciətlər kəskin artıb

Qafqaz İnvestisiya Forumunda regional əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır

Kral Çarlz Britaniya parlamentində çıxış edib

Parisdə Olimpiada üçün hərbi düşərgə ayrılıb

ŞKTC parlamentinin spikeri: Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anırıq

“AzerGold” tərəfindən Daşkəsəndə növbəti vətəndaş görüşü keçirilib

Mədəniyyət paytaxtımız Şuşada növbəti Vaqif Poeziya Günləri keçiriləcək

“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” - elmi konfrans

Qazaxıstanda arxeoloji tapıntı elmi müzakirələrə səbəb olub

Türkiyənin İKT şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirir

Azərbaycan Malayziyada “İslamofobiya və təhsil” mövzusunda beynəlxalq dəyirmi masada təmsil olunur

“Real Madrid” Luka Modriçlə müqavilənin müddətini uzadıb

BMU-nun rektoru yay məktəbində tədris aparan koreyalı müəllimlərlə görüşüb

® Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsində müayinələr yüksək dəqiqliklə aparılır

ƏDV-nin qaytarılması üçün portalda 3 milyona yaxın istifadəçi qeydə alınıb

“Sumqayıt”ın baş məşqçisi: İnanıram ki, avrokubok və çempionat oyunlarında əvvəlki səhvləri təkrarlamayacağıq

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

ABŞ FTB Trampa sui-qəsdin cavab hücumları barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna əsirlərin mübadiləsini həyata keçirir

Loqoped: Qız və oğlanların nitqləri arasında fərq onların fizioloji inkişaf xüsusiyyətlərindən asılıdır

Moldovanın Baş naziri vətəndaşları suya qənaət etməyə çağırıb

Yunanıstandan heyvandarlıq və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

İsveçrədə mühafizəkarlar “Eurovision”a qarşı çıxırlar

Aqrar Tədqiqatlar Mərkəzinə yeni direktor təyin olunub

İlahiyyat İnstitutunun tələbələri xaricdə təhsillərini müvəffəqiyyətlə başa vurublar

Azərbaycan Premyer Liqasında ilk turun proqramı açıqlanıb

® “Silk Way Airlines” ağ balinaların yeni məkana köçürülməsi missiyasını uğurla tamamlayıb

Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayının açılış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

“YAŞAT” Fondunun Londondakı yay məktəbi davam edir

“Euronews”: Yay mövsümündə Azərbaycanda hər kəsin zövqünə uyğun əyləncə var

ARDNF-in investisiya portfelində funt sterlinq və yuanın payı artıb, dollar isə azalıb

Masallıda MSK-nın təşkilatçılığı ilə Ekspert qruplarının üzvləri üçün regional seminar keçirilib VİDEO