YENI RABİTƏ OBYEKTLƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə yeni rabitə obyektləri istifadəyə vermişdir.
Bilgəh, Kürdəxanı, Zığ ATS-lərində ADSL tutumu artırılmış, Qaradağ rayonunun Lökbatan qəsəbəsində tutumu 2 min 544 nömrə olan yeni REMUT EATS-i tikilib istifadəyə verilmiş, rayon üzrə xətt şəbəkəsi genişləndirilmişdir. Bakı -Ələt istiqamətində optik kabel magistralı istifadəyə verilmiş, 438/439 və 494/495 NGN tipli ATS-lərin nömrə tutumu artırılmış, Badamdar, Biləcəri qəsəbələrində yeni ATS-lər istifadəyə verilmiş və s. tədbirlər həyata keçirilmişdir.