Yerevan metropoliteninin əməkdaşları tətilə başlayıblar
Bakı, 2 may, AZƏRTAC
Yerevanda tələbələr və şagirdlərdən sonra etiraz aksiyalarına metropolitenin işçiləri də qoşulublar.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, onlar müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyasına qoşulduqlarını bəyan ediblər.
Bu arada, Ermənistanın Gümrü şəhərində müxalifət tərəfdarları meriya binasına daxil olublar. Onlar Gümrü şəhərinin meri Samvel Balasanyandan müxalifətə keçməyi tələb ediblər. Analoji hadisə Ermənistanın Maralik şəhərində də baş verib. Orada da etirazçılar meriyaya daxil olaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.
Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Nikol Paşinyanın tərəfdarları Yerevanda əsas küçə və prospektləri, eləcə də hava limanına aparan yolu bağlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]