Yetkinlik yaşına çatmayan 2 min 600 nəfər ötən il Yunanıstandan sığınacaq istəyib
Afina, 30 aprel, AZƏRTAC
Avropanın statistika agentliyinin məlumatına görə, ötən il Yunanıstanda 2 min 600 nəfər yetkinlik yaşına çatmayan şəxs sığınacaq üçün müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu göstərici 2017-ci illə müqayisədə artıqdır və Avropa İttifaqında sayına görə dördüncü hesab edilir. Avropa İttifaqında ümumi olaraq 2018-ci ildə 19 min 740 nəfər müşayiətsiz yetkinlik yaşına çatmayan şəxslər sığınacaq üçün müraciət ediblər.
Müraciət edənlərin 86 faizi oğlanlardır. Ən çox sığınacaq üçün müraciət Almaniyaya 4 min 100 nəfər, İtaliyaya 3 min 900 nəfər və Böyük Britaniyaya 2 min 900 nəfər şəxs tərəfindən daxil olunub.
Yunanıstan üçün müraciət edənlərin 30 faizi Pakistan və Əfqanistandan, 14 faizi Suriyadan olan vətəndaşlardır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]