Yevlax rayonunda mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Yevlax, 28 avqust (AZƏRTAC). Son illər Yevlax rayonunda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, son iki ildə “Aqrolizinq” ASC vasitəsilə Hollandiya və Almaniyadan idxal olunmuş 19 baş düyə rayona gətirilərək lizinq yolu ilə 50 faiz güzəştlə fermerlərə satılmışdır. Gətirilmiş cins düyələr baytar nəzarətinə götürülmüş, onlardan 14 baş bala alınmışdır.
Bundan əlavə rayonda mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə heyvanların süni mayalanması da həyata keçirilir. İlin əvvəlindən rayon üzrə 748 baş inək və düyə süni yolla mayalandırılmış, 485 baş sağlam cins buzov alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]