Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin qorunması üçün tədbirlər davam etdirilir
Bakı, 5 aprel, AZƏRTAC
Göyçay-Ucar yolunun 8-ci kilometrdə yerləşən Xəlitli kənd orta məktəbinin qarşısından keçən işıqlandırılmamış yol sahəsində Baş Dövlət Yol Polisi (DYP) İdarəsi tərəfindən sürət həddi aşağı salınmaqla işıqforla tənzimlənın piyada keçidi qoyulub, eyni zamanda sutkanın qaranlıq vaxtı piyadaların təhlükəsizliyi üçün keçid işıqlandırılıb.
Bu barədə AZƏRTAC-a Baş DYP İdarəsindən məlumat verilib.
Yollarda insan həyat və sağlamlığının qorunması üçün zəruri hesab olunan yol sahələrində bu tədbirlərin mərhələli şəkildə icra edilməsi nəzərdə tutulub.